Hansı işi görmək istəyirsinizsə, əvvəlcə Allaha təvəkkül edin. Heç kəs sənə Onun kimi yardım edə bilməz, nə qohumların, nə ailən. Əgər bir yerdə ilişib qalsan, sənin yardımına Uca Allah gələr. Təvəkkül - bir mömin üçün İlahi təzminatdır. Qurani-Kərim möminlərə buyurur ki, haqq yolunu getməkdən qorxmayın və Allaha təvəkkül edin. Batil qüvvələrdən qorxmayın, Allaha təvəkkül edin. "Allah bizi öz yollarımıza (dünya və axirət kamilliklərinə) hidayət etdiyi halda, biz nə üçün də Ona təvəkkül etməməliyik?! Şübhəsiz, bizə verdiyiniz əzab-əziyyətlərə səbir edəcəyik. Təvəkkül edənlər gərək yalnız Allaha təvəkkül etsinlər". ("İbrahim" 12). Uca Allah başqa ayədə buyurur: "Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir". ("Ali-İmran" 159). İslam dini insanın evdə oturub əlini-əlinin üzərinə qoymağı sevmir. Buyurur ki, əgər müvəffəq olmaq istəyirsənsə, öz işini gör və Allaha təvəkkül et. "Ey iman gətirənlər, bir dəstənin sizə əl uzatmaq qəsdinə düşdüyü (müsəlmanları terror etmək və onların üzərinə qəfildən hücum etmək fikrində olduğu) zaman, Allahın sizə olan nemətini yada salın. Onda Allah onların əllərini sizdən üzdü. Allahdan qorxun! Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər". ("Maidə" 11). Allaha təvəkkül etmək - imanlı insanın həyat proqramı olmalıdır. Allaha təvəkkül deyildikdə, yəni, dünya və ya axirət mövzularında davamlı olaraq səy göstərmək və Allaha təvəkkül etmək nəzərdə tutulur. İmanlı insan hər bir işinin nəticəsini Böyük Allahın öhdəsinə qoyar. "Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar. Və ona güman etmədiyi bir yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, O ona kifayət edər". ("Təlaq" 2-3).
Düzgün təvəkkül etmək necə olur?



Günah fikirlərdən necə xilas ola bilərik?
İmanın 4 nişanəsi
Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
Özünü tanımaq insana nə verir?
Nəsuh tövbəsi – xalis, səmimi qəlbdən edilən tövbədir
Ramazan ayının onuncu gününün imsak, iftar və namaz vaxtları
Ramazanın 9-cu günü- duası, iftar və imsak vaxtı
Möminlər behiştdə Allahı görə bilərmi?
Əməlin qəbul olması üçün lazım olan 2 şərt
Ramazanın 10- cu gününün duası, iftar və imsak vaxtı
Qurani-Kərimdə danışığın qaydası barədə
Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 