Qurani-Kərim bir çox ayələrində imandan və mömindən bəhs etmişdir. Bəzən də imanla İslamın arasında olan fərqi bəyan etmişdir. "Bədəvilər dedilər: "Biz (səmimi qəlbdən) iman gətirdik". (Ya Peyğəmbər, onlara) de: "İman gətirməmisiniz. Lakin (zahirdə kəlmeyi-şəhadəti deməklə) "İslamı qəbul etdik" deyin. Çünki iman hələ sizin qəlblərinizə daxil olmayıb. Əgər (əmrlərində) Allaha və (rəhbərlik göstərişlərində) Onun Peyğəmbərinə itaət etsəniz (Allah) sizin əməllərinizdən (heç nəyi) əskiltməz. Çünki Allah çox bağışlayan və mehribandır"". ("Hucurat" 14). Bu ayəyə əsasən, İslamla imanın fərqi ondadır ki, İslam zahiri formaya malikdir. Hər kim şəhadətləri dilində deyərsə, müsəlman hesab olunur. Ancaq iman - batini bir həqiqətdir. Onun yeri insan qəlbidir. İslam mümkündür ki, müxtəlif səbəblərə qəbul edilsin. O cümlədən maddi və dünyəvi, ya mənəvi və axirəvi. Ancaq həqiqi İslam dini, mənəvi səbəbdən və elmdən qaynaqlanır. Uca Allah bu ayənin davamında həqiqi möminlər haqqında buyurur: "Möminlər yalnız Allaha və Onun Peyğəmbərinə iman gətirmiş, sonra (öz imanında) əsla şəkk-şübhə etməyib, mal və canları ilə Allah yolunda cihad etmiş kəslərdir. (Etiqad, söz və əməldə) doğruçu olan onlardır". (15). Yəni, imanın nişanəsi ibarətdir: 1. Haqq yolunda şübhəyə malik olmamaq. 2. Mal ilə cihad etmək. 3. Nəfs, can və malla cihad etmək. 4. Doğrucu olmaq. Bu dəstə möminlər doğruçudurlar. İman ruhu varlıqlarını əhatə etmişdir. Quranda möminin beş bariz sifəti bəyan edilmişdir. Onların üçü batini və qəlbidir. İkisi isə zahiridir. 1. Allahdan ağıl ilə qorxmaq. Həqiqi möminin qəlbi Allahı yada salaraq, Onun böyüklüyünə görə döyünməyə başlayar. Bu qorxunun səbəbi - möminin qəlbinin Allahdan qeyrisindən boş olmasına görədir. İnsan yavaş-yavaş bu qorxu vasitəsilə Allaha yaxınlaşar. Mömin Allahı yada salaraq, aramlıq tapar. 2. İmanın çox olması. Mömin insanın imanı Quran tilavəti sayəsində artar. Elə bir tilavət ki, təfəkkür ilə birikdə olar. Bu tiavət sayəsində möminin imanının keyfiyyəti və kəmiyəti çoxalar. 3. Allaha təvəkkül etmək. Həqiqi möminlər bütün işlərində ancaq Allaha söykənərlər. Öz acizliklərindən agahdırlar. Yaxşı bilirlər ki, Allahdan başqa heç kəsə söykənə bilməzlər. 4. Namazı ayaqda saxlamaq. Mömin imanı dilində bəyan etdikdən sonra, iman onun qəlbinə daxil olar. İmanlı mömin namazı ayaqda saxlayar. O, nəinki namaz qılar, bəlkə bu əməli ilə Allahla olan rabitəsini möhkəmləndirər. 5. Allah yolunda infaq etmək. Allahın bəndələri onlara çatan maddi ruzilərə görə simiclik etməzlər. Davamlı olaraq mallarını Allah yolunda xərcləyərlər. Onlar nəinki mallarını, bəlkə elmlərini və düşüncələrini də infaq edərlər.
İmanın 4 nişanəsi



Nəsuh tövbəsi – xalis, səmimi qəlbdən edilən tövbədir
Müsəlman gərək sadəlövh olmasın
Möminlər behiştdə Allahı görə bilərmi?
Öldürülən 16 yaşlı Fatimə haqqında heç yerdə eşitmədiyiniz FAKTLAR
Düzgün təvəkkül etmək necə olur?
Salamlaşmağın bir qaydası varmı? Varsa necə olmalıdır?
Bakıda ukraynalı qadın islam dinini qəbul etdi
Bəndəliyin düsturu
Əməlin qəbul olması üçün lazım olan 2 şərt
İxtiraçılara İlahi mükafat veriləcəkdirmi?
İman Xəlif qələbə qazanıb
Ölümdən niyə qorxuruq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 