Əba Sələt nəql edir: "İmam Rzadan (ə) soruşdum: Bu hədisin mənasını izah edin: "İman əhli behiştdəki məqam və mənzillərindən Allahı ziyarət edərlər". ONN media deyerler.org-a istinadən bildirir ki, Həzrət İmam Rza (ə) cavabında buyurdu: "Ey Əba Sələt! Allah Təala Muhəmmədi (s) bütün məxluqlardan, hətta mələklər və əzəmətli peyğəmbərlərdən də üstün etmişdir. Onunla beyət etməyi - Özü ilə beyət etmək qərar vermişdir. Dünya və axirətdə Peyğəmbərlə (s) görüşməyi və ziyarəti - Özü ilə görüşmək və ziyarət etmək kimi hesab etmişdir". Bu iddianın dəlili kimi Alah buyurur: "Allahın Peyğəmbərinə itaət edən kəs, əslində Allaha itaət edib və kim üz döndərsə, Biz səni onların (əməlləri) üzərində gözətçi göndərməmişik". ("Nisa" 80). "Həqiqətən (Hüdeybiyyədə) sənə beyət edənlər - əslində Allaha beyət edirlər. (Sənin) onların əlinin üstündə olan (əlin) - Allahın əlidir. Buna görə də kim əhdi pozsa - yalnız öz ziyanına pozur və kim barəsində Allahla əhd bağladığı şeyə vəfa etsə (Allah) - tezliklə ona böyük bir mükafat verəcəkdir". ("Fəth" 10).
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim mən həyatda olan zaman və öləndən sonra məni ziyarət etməyə gələr - Allahı ziyarət etmiş olar". Əziz Peyğəmbərin (s) axirətdəki məqamı bütün məxluqlardan daha ucadır. Ona görə də hər kim behiştdə Həzrəti (s) ziyarət edərsə, əslində Allah Təalanı ziyarət etmiş olar.Möminlər behiştdə Allahı görə bilərmi?



Düzgün təvəkkül etmək necə olur?
İmanın 4 nişanəsi
Ürəyimizin yorğunluğunu necə aradan qaldıraq?
Ölümdən niyə qorxuruq?
Behiştin ən üstün nöqtəsi necə adlanır?
Orucun 6 sirri NƏDİR?
Orucluq ayı niyə "Ramazan" adlandırılır?
Möminin niyyəti, onun əməlindən üstündür
Günah fikirlərdən necə xilas ola bilərik?
Axırəz-zamanda eşidiləcək 3 nida
Dinimizin nəzərində zəlzələ nədir? Səbəbi nədir?
Qurani-Kərimdə danışığın qaydası barədə
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 