Yasamalda baş verən məlum olayla bağlı DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun müsahibəsi:
- Belə iddialar səslənir ki, Yasamalda bir qrup sakinin xidmətdə olan polis əməkdaşlarının üzərinə məişət əşyaları və qaynar su atması ilə əlaqədar iyunun 7-də polis onları saxlamaq məqsədilə mənzillərinə daxil olmaları qanunsuz olub, yəni bununla bağlı məhkəmənin qərarı olmayıb....
- Tamamilə əsassız iddiadır. Hadisə mayın 6-da baş vermişdi. Məhz məkəmənin qərarı olmadığı üçün polis həmin gün sözügedən şəxslərə qarşı heç bir əməliyyat keçirmədi. Həmin 11 nəfərin mənzillərinə daxil olaraq saxlanılmaları üçün ayın 7-də məhkəmənin qərarı verildi və bundan sonra polis o sakinlərin evlərinə gedərək, onları saxlayıb, məsuliyyətə cəlb edilmələri üçün tədbir gördü.
- Həmin şəxsləri Polis İdarəsinə dəvət etmək olmazdımı? Özlərinin idarəyə gəlməsi ilə bağlı çağırış mümkün idimi?
- Xeyir. Ona görə ki, bildiyiniz kimi, həmin gün sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar insanların küçəyə çıxması qadağan idi.
- Məlumat yayıldı ki, həmin 11 nəfərə qarşı edilən kobudluğa görə polis onlardan üzr istəyib. Bu məlumat doğrudurmu?
- Yanlış məlumatdır. Sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarını pozan, polisin qanuni tələbinə tabe olmayan, polisə qarşı müqavimət göstərməyə cəhd edən həmin 11 nəfərin saxlanılması tam qanunidir və polis də qanunun, hüququn ona verdiyi səlahiyyətlər çərçivəsində hərəkət edib. Tədbir zamanı artıq daxili işlər orqanlarında xidmətdən kənarlaşdırılmış sabiq polis əməkdaşı bir qadına qarşı yersiz ifadə işlətmişdi ki, yalnız həmin qadından da üzr istənildi. Bildiyiniz kimi, müvafiq araşdırmalarla həmin şəxslərin törətdikləri hüquqazidd əməllər tam təsdiqini tapıb və məhkəmənin qanuni qərarı ilə onlar müxtəlif müddətə inzibati qaydada həbs ediliblər.



Polisdə yoxlamalar başladı: Manaf Ağayev qalmaqalı böyüyür
Yasamalda polisə zibil atanlar HƏBS EDİLDİ
Kərim Süleymanlı tabesizlik göstərərkən xəsarət alıb - RƏSMİ
Döyülən qazi polis şöbəsinə çağırıldı - DİN
Şabranda narkotacir saxlanıldı
SON DƏQİQƏ: Manaf Ağayev saxlanıldı - DİN
Lənkəranda polis tələbəni döyüb? - DİN-dən Açıqlama
Keçmiş polis insident törətdi: Həbs olundu
Gəncədə narkotik alveri edən şəxs saxlanılıb
Şəhərin mərkəzində quzu gəzdirmək olmaz - DİN
Qadına və ərinə “dovşan” deyən polis üzr istədi və işdən çıxarıldı
DİQQƏT- Polis reydə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 