Yasamal rayonu ərazisindəki yaşayış binalarından birində polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar atan şəxslər inzibati qaydada həbs edilib.
ONN media xəbər verir ki, saxlanılan şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin 535-ci Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə ittiham verilib.
Yasamal rayon Məhkəməsi tərəfindən 11 nəfər barəsində 10, 15, 30 sutka müddətinə inzibati həbs cəzası verilib.
Qeyd edək ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, iyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndiriblər.
Buna baxmayaraq, polis əməkdaşları təmkin nümayiş etdirib və karantin rejimini pozan həmin şəxs barəsində inzibati tədbir görüb.
Aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətiriliblər.



Polis zibil atanlardan üzr istəyib? - RƏSMİ
DİN Yasamal hadisəsi barədə rəsmi açıqlama verdi VİDEO
Qadına və ərinə “dovşan” deyən polis üzr istədi və işdən çıxarıldı
Təranə Səmədovanın saxlanılma səbəbi məlum oldu
Polis Şəmkirdə toy məclisinə basqın etdi
Məhkəmədən Kamil Zeynallı barədə QƏRAR
Koronaviruslu şəxs azad edilmiş əraziyə keçərkən ƏLƏ KEÇDİ
Bakının məşhur restoranında dava olub
Polis Yasamalda mənzillərə qanunsuz girib? – DİN açıqladı
Karantini pozan 9 nəfər həbs edilldi, 5 073 nəfər...
Azad edilən ərazilərə icazəsiz daxil olan şəxslər həbs edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 