Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Mədəniyyət Nazirliyindən ONN media -ya verilən məlumata görə, milli musiqi sənətinin tanınmış nümayəndələrindən biri, Xalq artisti, Prezident təqaüdçüsü Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də ömrünün 82-ci ilində vəfat edib. Qeyd edək ki, T.Mustafayev 1939-cu il aprelin 10-da Cəlilabadda anadan olub. O, əmək fəaliyyətinə 1959-cu ildə başlamış və 60 il ərzində Azərbaycan Dövlət Filarmoniyasında, “Azkonsert” Birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müğənni kimi öz sənəti ilə xalqa xidmət edib. Tanınmış sənətkarlarımızın ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan Teymur Mustafayev eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizi daha da inkişaf etdirib. Teymur Mustafayev Azərbaycan musiqi sənətini dünyanın müxtəlif ölkələrində - Rusiya, Gürcüstan, Ukrayna, Özbəkistan, Türkiyə, İran, Almaniya, Avstriya, Meksika, Hindistan, Pakistan, Əfqanıstan, İordaniya, Misirdə məharətlə təqdim etməklə, onu dinləyicilərə sevdirib. Onun ifa etdiyi xalq və bəstəkar mahnıları, təsniflər Azərbaycan milli televiziya və radiomuzun qızıl fondunda qorunub saxlanılır. O, ömrünün son günlərinədək yaradıcılığını davam etdirmişdir. Konsert fəaliyyəti ilə yanaşı T.Mustafayev bir çox televiziya müsabiqələrinin münsiflər heyətinin üzvü kimi gənc ifaçılara öz dəyərli tövsiyyələrini verib. Görkəmli sənətkar 1982-ci ildə milli mədəniyyətimizin inkişafında uğurlarına görə Əməkdar artist, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. O, Prezident təqaüdçüsü idi. Tanınmış musiqiçi, gözəl insan Teymur Ağaxan oğlu Mustafayevin əziz xatirəsi onu tanıyanların, həmkarlarının qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin!
SON DƏQİQƏ: Xalq artisti Teymur Mustafayev vəfat etdi



Xalq artistinin dəfnində karantini pozanlar cərimələndi
Teymur Mustafayev koronavirusdan vəfat edib - RƏSMİ
2 həftə əvvəl yoldaşını itirən Xalq artisti bu hərəkətinə görə TƏNQİD EDİLDİ
Teymur Mustafayevin oğlu da koronavirusa yoluxdu
Mədəniyyət Nazirliyi Xalq artistinin vəfatı ilə bağlı nekroloq yayıb
Xalq artisti vəfat etdi
Xalq artisti Roza Cəlilovanın 90 illiyi qeyd ediləcək
Azərbaycanda xalq artisti vəfat etdi
Xalq artisti Ağaxan Salmanlı vəfat etdi
79 yaşlı xalq artisti elə birşey etdi ki...- ŞOK
Vahid Mustafayevə AĞIR İTKİ
Bakıda bu məktəbə Arif Məlikovun adı verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 