“Ədəbiyyat qəzeti”nə yenidən etirazlar başlayıb.
ONN media xəbər verir ki, sosial şəbəkədə gənc yazarlar qəzetin nəşr və seçim siyasətinə etiraz edən postlar yazıblar.
Gənc şair Tural Turan “Ədəbiyyat qəzeti”ndə çap edilməməsinə etiraz edib. O öz fikirlərini “Facebook”da ictimaiyyətə açıqlayaraq yazıb ki, qəzetdə ona qarşı embarqo qoyulub.
Sitat: “"Ədəbiyyat qəzeti"nə 1 aydır ki, şeirlərimi göndərmişəm. Hələ ki, veto və embarqo götürülməyib deyəsən...”
Gənc yazar Emil Rasimoğlu da "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turana etirazını bilirərək, qəzetdə ədəbiyyatdan kənar şəxslərin çap olunmasına qarşı narazılıq ifadə edib və onu istefa ərizəsi yazmağa çağırıb.
Sitat:“Bu günlərdə "Ədəbiyyat qəzeti"ndə Hacı Şahin Həsənlinin bir yazısının çap olunması xəbərini oxudum. Amma yazı ilə bir neçə gün sonra tanış oldum. Sanki elə bil yas yerindəsən və bir molla moizə edir.
Axı, Azər Turana deyən lazımdır ki, Hacı Şahinin "Ədəbiyyat qəzeti"ndə nə işi var? Onun orada bardaş qurub oturması ədəbiyyata nə verə bilər? Bunu guya bilmirsənmi?Əgər o və o səpkili yazıları özün öz qərarınla, ixtiyarınla çap edirsənsə inan ki, səni tarix bağışlamayacaq. Yaxşı, gəl bir az da açıq danışım. Yox, əgər bıçaq sümüyə dirənəndə qayıdıb deyəcəksən ki, bir baş redaktor kimi məni məcbur edirlər və mən də çap edirəm.
O zaman, ay qardaş, ay müəllim, etmə çap. Məcbur olub çap etməkdənsə əl boyda bir kağızdı, götür bir istefa ərizəsi yaz, amma çap etmə. O zaman ədəbiyyat qarşısında da daha rəğmətli olarsan, daha sayğı ilə xatırlanarsan. Nəyinki sağlam düşüncə sahiblərinin qarşısında!Bu gün İsa Muğannaların dərc olunduğu bir qəzetdə Hacı Şahinlər yer alırsa bu uğursuzluqdan başqa heç nə deyil, Azər Turan! Heç fərqindəsənmi?!..”



“Ədəbiyyatın nə olduğunu anlayan elə bir düşüncə yazısına qarşı çıxmazdı...”
Emil Rasimoğlu: İstedadı kim çap edəcək? - MÜSAHİBƏ
Günel Eyvazlının “İşıq” adlı yeni kitabı çap olundu - FOTO
MİA 19 qəzetə pul ayırdı - SİYAHI
Tanınmış xanım yazar deputatlığa namizəddir - Sumqayıtdan
"Hüseynbala Mirələmovun "Ənvər Paşa" romanını mən yazmışam" - Tanınmış şairdən ŞOK İDDİA
Bu gün Adil Babayevin doğulduğu günüdür
20 avqust Adil Babayevin vəfat etdiyi gündür
4 sentyabr Abbas Abdullanın anım günüdür
27 yanvar Adil Babayevin doğulduğu gündür
Hacı Şahinin xatirəsinə film çəkilir
Hacı Şahini bundan sonra o əvəz edəcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 