Unutmayaq, unutdurmayaq!
Bu gün Azərbaycan Yazıçılar Birliyinin üzvü, ölkəmizin İstanbuldakı sabiq baş konsulu, şair Abbas Abdullanın anım günüdür.
Abbas Abdulla 1940-cı il mayın 12-də Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçisi kəndində anadan olub. 1958-1959-cu illərdə doğma kəndində müəllimlik edib. Sonra ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb (1958-1963). Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasını (1964-1966) bitirib. Kiyevdə Ukrayna EA-nın T.Q.Şevçenko adına Ədəbiyyat İnstitutunun Şevçenkoşünaslıq şöbəsində təcrübə keçib.
Abbas Abdulla "Ulduz" jurnalı redaksiyasında şöbə müdiri (1966-1973), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri, xüsusi müxbir (1973-1977), baş redaktorun müavini (1979-1987), "Ulduz" jurnalının məsul katibi, sonra baş redaktoru (1987-1992), Türkiyədə Azərbaycan Respublikasının Baş konsulu (1992-1997) olub.
Abbas Abdulla Milli azadlıq hərəkatında fəal iştirak edib.
Ədəbi fəaliyyətə "Öyün, vətənim!" adlı ilk şeiri 1957-ci ildə "Şərqin şəfəqi" (Tiflis) qəzetində çap ediləndən sonra başlayıb.
Moskvada, gənc şairlərin V Ümumittifaq poeziya festivalında, qardaş respublikalarda keçirilən poeziya bayramlarında, Ukraynada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti günlərində iştirak edib.
Son illərdə Türkiyənin Bayburt şəhərində Dədə Qorqud konfranslarında, Elazığda ənənəvi Xəzər şeir axşamlarında milli ədəbiyyatı təmsil edib. "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunub (1980).
Abbas Abdulla 1992-1997-ci illərdə Azərbaycan Respublikasının İstanbulda baş konsulu vəzifəsində çalışıb.
2019-cu il sentyabrın 4-də uzun sürən xəstəlikdən sonar vəfat edib.
Allah rəhmət eləsin!



Şair Abbas Abdulla vəfat edib
Bu gün Fərman Kərimzadə vəfat etdiyi gündür
20 fevral Əliağa Kürçaylının doğulduğu gündür
20 fevral Əliağa Kürçaylının doğulduğu gündür
17 mart Fərman Kərimzadənin vəfat etdiyi gündür
Bu gün Adil Babayevin doğulduğu günüdür
Qaldı arxada artıq ömrün xöşbəxt illəri - Əliağa Kürçaylı
20 avqust Adil Babayevin vəfat etdiyi gündür
Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi
27 yanvar Adil Babayevin doğulduğu gündür
Bu gün Zəlimxan Yaqubovun doğum günüdür
Adım yaddaşlardan silinməyəcək! - Zəlimxan YAQUB
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 