Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Nəsimi rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.
Nəsimi rayon prokurorluğundan bildirilib ki, avqustun 13-ü saat 15 radələrində Nəsimi rayonu, İbrahim Əbilov küçəsində yerləşən “Məşədi Dadaş” məscidinin qarşısında 1978-ci il təvəllüdlü Dadaş Həmzəyevin naməlum şəxs tərəfindən bir dəfə ürək nahiyəsinə bıçaqla xəsarət yetirilməsi və almış olduğu xəsarətdən həmin gün saat 22 radələrində xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin tanışı 1983-cü il il təvəllüdlü Məhəmməd Rəhimov tərfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə ilə əlaqədar törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Məhəmməd Rəhimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



Qadını qətlə yetirərək yandıran şəxs tutuldu
Baş Prokurorluq Salyandakı qətllə bağlı məlumat yaydı
Qaradağ törədilmiş qətlin üstü “isti izlər”lə AÇILDI
Oğurluğa gedən şəxs yaşlı qadını boğub öldürdü
Bakıda qətl: 40 yaşlı kişini tanışı öldürdü
Azərbaycanda qətl törədib gizlənən iş adamı həbs edildi
77 yaşlı qadının yanmış meyiti tapılıb
Goranboyda faciə: Həmkəndlisini qayçı ilə öldürdü
Bakıda qadın öldürüldü - DƏHŞƏTLİ CİNAYƏT
Cəlilabadda qətl - Özündən 23 yaş kiçik gənci öldürdü
21 yaşlı gənc QƏTL TÖRƏTDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 