Arterial təzyiqin yüksək olması hipertoniya xəstələrində ciddi narahatlıq yaradır. Lakin qida rejimini gözləməklə onu normada saxlamaq olar. Bunun üçün ilk növbədə qidalanmaya fikir vermək, yağlı və duzlu qidalardan çox istifadə etməmək lazımdır. Yüksək təzyiqi olanlar mədə-bağırsaq sisteminin normal çalışmasına diqqət göstərməli, daha çox meyvə və tərəvəzlərlə qidalanmalı, çəkisini nəzarətdə saxlamalıdır.
Bu barədə həkim-kardioloq Nüşabə Səfərova deyib:
“Həmin xəstələrə şirniyyat və şirin içkilərin miqdarını azaltmaq tövsiyə olunur. Arterial təzyiqi yüksək olanlar limonu gündəlik qida rasionuna daxil etməlidir, çünki onun tərkibində olan C vitamini ürəkdə əmələ gələn patologiyaların qarşısını ala bilir, ona görə də hər səhər bir stəkan limonlu su içmək faydalı hesab olunur. Həmin xəstəlikdən əziyyət çəkənlər üçün qarpız tumu da çox faydalıdır”.
Həkim-kardioloq bildirib ki, aparılan bir çox araşdırmalara görə, gün ərzində bir-iki diş sarımsaq yemək də təzyiqi normada saxlaya bilir. Cəfəri şirəsi və dəmləməsi də təzyiq xəstələri üçün xeyirlidir. Zəncəfil, qatıq, nar kimi məhsullar da arterial təzyiqdən əziyyət çəkənlər üçün faydalıdır



Bu xəstəlikdən əziyyət çəkənlər hər gün sarımsaq yesin və...
Arterial təzyiqi aşağı salan 7 ədviyyat
Yüksək təzyiqdən əziyyət çəkənlər üçün ən yaxşı 7 MƏHSUL
Dərman olmadan yüksək təzyiqlə necə mübarizə aparmaq olar?
Təzyiqiniz səhərlər qalxırsa...
Arıqlamağın SADƏ ÜSULU
Baş ağrısı nədən xəbər verir?
Qızardılmış yeməklərin ziyanı nədir?
Yüksək təzyiqi normaya salmaq üçün ÇOX SADƏ QAYDA
Yemək yeyəndə su içmək olarmı?
Günəbaxan tumlarının bilinməyən faydaları
Bu iki vasitə yüksək təzyiqi salır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 