Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq olunacaq.
Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən 24 və 25 iyun 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanların şəhər və rayonlar üzrə siyahısında dəyişiklik edilib və sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanlar keçirilməyəcək. Qeyd olunan şəhər və rayonlarda imtahanlar sərtləşdirilmiş karantin rejimi başa çatdıqdan sonra təşkil olunacaq.
Belə ki, 24 və 25 iyun tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə aşağıda – yeni qrafikdə tanış ola bilərsiniz.
Şagirdlər (abituriyentlər) imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər.
Ciddi karantin rejimi tətbiq olunmayan digər şəhər və rayonlar üzrə imtahanların (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftə içi günlərində keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə razılığına əsasən, ictimai sağlamlığın qorunması ilə bağlı həyata keçirilən tədbirlərə uyğun olaraq 9 illik və 11 illik orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verməyən şagirdlər buraxılış imtahanlarında iştirak etməyə bilərlər.
Bu imtahanlarda iştirak etməyən 9 və 11-ci sinif məzunları üçün əlavə qeydiyyat tələb olunmadan sentyabr ayında yenidən buraxılış imtahanları təşkil olunacaq və həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək.
Qeyd edək ki. həmişə olduğu kimi cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.
Bərdə rayonunda yerləşən məktəblərin isə 9-cu sinif şagirdlərinin ümumi sayı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, hissələrlə adlandırılıb.
Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.



Bu rayonlarda da karantin rejimi sərtləşdirildi
Bu rayon və şəhərlərdə sərtləşdirilmiş karantin rejiminin müddəti uzadıldı
DİM buraxılış imtahanları ilə bağlı məlumat yaydı
Sərt karantin rejimi uzadılacaq? - Rəsmi açıqlama
Buraxılış imtahanlarının qrafiki ELAN EDİLDİ
Bu gün onlar imtahan verəcəklər
Bu həftə başa çatacaq sərt karantin rejimi uzadılacaq? — RƏSMİ AÇIQLAMA
Karantin günlərində işləyəcək apteklər
Sərt karantin günlərində apteklər bu qaydada işləyəcək
Bu ərazilərdə sərt karantin rejimi LƏĞV EDİLDİ
FHN çimərliklərə nəzarəti gücləndirdi
Azərbaycanda bu obyektlərin fəaliyyətinə icazə verilir - SABAHDAN
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 