Fövqəladə Hallar Nazirliyi (FHN) sərtləşdirilmiş karantin elan olunan ərazilərdə çimərliklərdən istifadənin qarşısını almaqla bağlı tədbirlərə başlayıb.
Nazirliyin Mətbuat xidmətindən daxil olan məlumatda bildirilir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə respublikanın bir sıra yaşayış məntəqələrində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək xüsusi karantin rejimi sərtləşdirilib: "Sərtləşdirilmiş xüsusi karantin rejimi müddətində vətəndaşların qaydalara əməl etməsi ilə əlaqədar çimərliklərdən istifadənin qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri Daxili İşlər Nazirliyi ilə birgə fəaliyyətdə Xəzər dənizinin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu sahili boyu həm quruda, həm də qayıqlarla dənizdə, eləcə də Lənkəran, Masallı və Cəlilabad rayonlarında patrul xidməti aparır.
Vətəndaşları bir daha ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin bütün qərar və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq".



FHN-dən çimərliklərlə bağlı növbəti xəbərdarlıq
Çimərliklərdən istifadə ilə bağlı xəbərdarlıq edildi
Bu rayonlarda da karantin rejimi sərtləşdirildi
Daha 8 şəhər və rayonda xüsusi karantin rejimi ELAN EDİLDİ
Bakı metrosu bu gündən fəaliyyətini DAYANDIRDI
Bakıda polis maşınları marketi mühasirəyə aldı
Rayonlara giriş- çıxış məhdudlaşdırıldı
Sərt karantin günlərində apteklər bu qaydada işləyəcək
Operativ Qərargah əhaliyə ÇAĞIRIŞ ETDİ
Sərt karantin günlərində neçə nəfər cərimələnib?
DYP: Əziyyət çəkib gəlməyin, buraxmayacağıq!
Bu ərazilərdə sərt karantin rejimi LƏĞV EDİLDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 