Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev və Rusiyanın Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev iki ölkə vətəndaşlarının qarşılıqlı şəkildə vətənə qaytarılması barədə razılığa gəliblər.
ONN media xəbər verir ki, bu barədə Dağıstan rəhbərinin və hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ikitərəfli işçi qrupunun fəaliyyəti nəticəsində bu gün dövlət sərhədindəki Yaraq-Qazmalar buraxılış məntəqəsindən 250 nəfər Azərbaycan vətəndaşı vətənə qaytarılacaq. Həmçinin hələlik Rusiya ərazisində vətənə qaytarılmağı gözləyən Azərbaycan vətəndaşlarının sığınacaq, qida, tibbi xidmət ilə təmin olunması məsələlərini iki ölkə birgə həll edəcək.
Belə ki, Dağıstanın Dərbənd rayonunun Qullar kəndində yerləşən və Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus çadır düşərgəsində Azərbaycanın Fövqəladə Hallar Nazirliyi tərəfindən səhra çadır düşərgəsi salınacaq. Tibbi və psixoloji xidmətin təşkil olunacağı düşərgədə yerləşdiriləcək vətəndaşların mütəmadi qidalanmaları təmin olunacaq. Bunun üçün ərzaq məhsullarını yerli istehsalçılardan tədarük etmək nəzərdə tutulur.
Mətbuat xidmətindən hazırda Dərbənd rayonunda 650 nəfər Azərbaycan vətəndaşının vətənə qaytmaq üçün gözlədikləri bildirilib.(Report.az)



Rusiyadan Azərbaycana 728 nəfər gətirilib - XİN
Putindən Azərbaycan vətəndaşları ilə bağlı GÖSTƏRİŞ
157 Azərbaycan vətəndaşı vətənə qaytarıldı
Qəhrəmanmaraşda növbəti çadır şəhərciyi qurulub
Rusiya ilə sərhəddə avtomobil yolu tikiləcək
Baş nazir Dağıstan rəhbəri ilə görüşüb
Elçin Quliyev Azərbaycan-Rusiya sərhədində
Şahin Mustafayev Rusiya ilə sərhəddə getdi
Türkiyədən daha 107 Azərbaycan vətəndaşı gətirildi - AZAL
Azərbaycan və Dağıstan arasında tədbirlər planı imzalanıb
230 Azərbaycan vətəndaşı vətənə qaytarıldı
16 azərbaycanlı Suriyadan repatriasiya olundu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 