3 avqust 2023-cü il tarixində Suriya Ərəb Respublikasının Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan 16 nəfərin repatriasiyası həyata keçirilib.
Bu barədə ONN media-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
Qeyd edilib ki, repatriantların 3-ü qadın, 13-ü uşaqdır. Uşaqlardan bir nəfəri hər iki valideynini itirib.
Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi baş tutub.
Bu prosesin reallaşmasına Türkiyə Respublikası tərəfindən dəstək verilib. Belə ki, əvvəl vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşların yeri, şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyən edilərək, razılıq əsasında onların Türkiyə Respublikasının ərazisinə keçidi təmin olunub.
İraq və Suriyadan Azərbaycan Respublikasının vətəndaşlarının repatriasiyasına məsul işçi qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələri həmin repatriantların vətənə qayıdışı üçün Türkiyə Respublikasına ezam edilib.
Sözügedən şəxslərin ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib və onlara zəruri yardım göstərilib. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən ölkəyə qayıtması üçün vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri və onlar ölkəmizə müvafiq təyyarə biletləri ilə təmin edilib.
Azərbaycan Respublikasının hökuməti tərəfindən müvafiq şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.
Azərbaycan Respublikasının hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini davam etdirir



Suriyada saxlanılan 12 azərbaycanlı Vətənə QAYTARILDI
XİN bu şəxslərlə bağlı məlumat yaydı
XİN daha bir rəsmi məlumat yaydı
Suriyadan daha 8 nəfər Azərbaycana gətirildi
XİN-dən Suriyada saxlanılan vətəndaşlarımızla bağlı rəsmi açıqlama
İraqda həbsdə saxlanılan azərbaycanlı qadınlar Vətənə gətirildi
XİN bu şəxslərlə bağlı rəsmi məlumat yaydı
Qohumlarını Suriyada axtaran şəxslər Ombudsmana müraciət etdi
Ukraynada valideynləri həlak olan 3 uşaq Vətənə gətirildi
Azərbaycan və İraq arasında sənədlər imzalandı
Suriyadan Azərbaycana gətirilən qızdan tükürpədən açıqlama
SON DƏQİQƏ: Azərbaycan İrana nota verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 