Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin 29 əməkdaşı yeni tip koronavirus (COVİD-19) infeksiyasına yoluxub.
Bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, virusa yoluxan xəstələrin 6-sı sağalaraq evə buraxılıb, 22 nəfər isə hazırda müxtəlif tibb müəssisələrində müalicəsini davam etdirir:
"COVİD-19 virusuna yoluxan 1 əməkdaşımız isə dünyasını dəyişib. Həmin şəxslər müxtəlif vaxtlarda yoluxublar. Xəstələrin vəziyyəti ilə Bakı Metropoliteni QSC-nin rəhbərliyi müntəzəm maraqlanır. Ümumiyyətlə, bu məsələlərdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və digər səlahiyyətli qurumlarla müntəzəm əlaqəli şəkildə fəaliyyət təmin edilir, müvafiq normativ tələblərə ciddi riayət olunmasına xüsusi diqqət yetirilir.
Ötən müddət ərzində bu və digər səbəbdən COVİD-19 şübhəsi ilə müvafiq yaxma götürülmüş 7 işçidə testin nəticəsi mənfi olub.
Yeni tipli koronavirus infeksiyasına yoluxmuş QSC əməkdaşları müxtəlif sahələrdə çalışırlar. Bakı Metropoliteni QSC-də hər hansısa sahədə kütləvi yoluxma faktı qeydə alınmayıb”.
B.Məmmədov deyib ki, metropoliten işçilərinin hər gün işə başlamasına Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi müvafiq metodiki göstərişlərdən irəli gələn tələblər və müvafiq yoxlamadan sonra icazə verilir:
“Metropolitendə iş başında yoluxma və yaxud bir işçinin digərlərini yoluxdurması faktı qeydə alınmayıb. COVİD-19 simptomları olan xəstələr metodiki göstərişə uyğun olaraq, analizlər verir və nəticə elan edilənə qədər özünütəcrid qaydalarına əməl etməklə ev şəraitində olurlar.
İctimai kütləvi sərnişindaşıma nəqliyyatı vasitəsi olduğundan metropolitendə işçilərin metodiki göstərişlərə və sanitar-gigiyenik tələblərə daim əməl etməsi, bu normaların tələblərinə uyğun sağlam iş şəraitində çalışması, həmçinin onların səhhəti hər gün xüsusi nəzarət altında saxlanılır, müvafiq sahələrin normativ tələblərə uyğun əsaslı, cari və növbədənkənar dezinfeksiyası müntəzəm qaydada təmin edilir”.



3-cü doza vaksin vurdurmayanlar fevralın 15-dən sonra metroya buraxılmayacaq?
"Xətai" stansiyası nəvaxt açılacaq?
"Bakı Metropoliteni"nin qatarları maşinistsiz idarə olunacaq
Bakı Metropoliteni yeni qatarlar alır
Metroda Yeni il gecəsi iş vaxtı uzadılacaq – RƏSMİ
Bakıda məşhur xəstəxananın 33 əməkdaşı koronavirusa yoluxdu
Bakı metrosunda sərnişin FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
Şaxta baba və Qar qız Bakı Metropolitenində olacaqlar, çünki...
ÜST-nin iki əməkdaşı da koronavirusa yoluxdu
Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu - RƏSMİ
Bakı Metropoliteni stansiyalara nəzarəti gücləndirdi
Rusiyadan alınan daha 2 metro qatarı Bakıya gətirildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 