72 günlük fasilədən sonra yenidən fəaliyyətə başlayan Bakı Metropoliteninin stansiyalarında hələ ki, ciddi sıxlıq yaranmayıb. ONN media xəbər verir ki, bunu açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, hazırda stansiyalara nəzarət gücləndirilib: "Sentyabrın 14-də fəaliyyətə başlayandan 1 gün sonra ölkədə yeni tədris ili də başladı. Bu isə metroda sərnişin sayının artması deməkdir. Amma bir məsələ var ki, bu il tədrisə davamiyyət də ötən ilkilərdən fərqli qrafikdədir. Ona görə də stansiyalarda gözlənilən sıxlıq yoxdur. Hələ ki, stansiyalarda pik saatlarda da vəziyyət nəzarət olunan səviyyədədir. Stansiyalarda sərnişinlərin qaydalara əməl edib-etməməsinə nəzarət edən xüsusi işçilər var. Bu işçilər sərnişinlər arasında maarifləndirmə aparır, onları qaydalara əməl etməyə çağırır. Stansiya platformalarında sərnişinlərin tibbi maskadan istifadəsinə ciddi nəzarət olunur, sosial məsafənin qorunması tövsiyə edilir. Həmçinin, sərnişinlərə başa salınır ki, əgər qaydalara əməl olunmasa, ölkədə virusa yoluxma səviyyəsi artacaq və bu da metronun yenidən fəaliyyətini dayandırması ilə nəticələnəcək". B.Məmmədov əlavə edib ki, hazırda metrostansiyalarda qrafikə uyğun olaraq mütəmadi dezinfeksiya işləri davam etdirilir. Metroda Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qayda və tövsiyələrə ciddi əməl edilir.(trend)
Bakı Metropoliteni stansiyalara nəzarəti gücləndirdi



Bakı metrosunda karantin qaydaları niyə pozulur? - RƏSMİ AÇIQLAMA
Metrodakı sıxlıq probleminə çarə tapıldı
“Bakı Metropoliteni”ndə bu qaydalar tətbiq ediləcək - SİYAHI
Metro gücləndirilmiş rejimdə çalışacaq
Bu gün Bakı metrosu saat neçədə bağlanacaq?
"Bakı Metropoliteni"nin qatarları maşinistsiz idarə olunacaq
Metrostansiyaların girişindəki cihazlar nə zaman yığışdırılacaq? - AÇIQLAMA
Metroda qatarların intervalı 2 dəqiqəyə endirildi
Metroda yaranan sıxlıqla bağlı rəsmi açıqlama
Metronun "Elmlər Akademiyası" stansiyasının çıxışı bağlandı- Küləyə görə
Bu şəxslər metroya buraxılmır- Rəsmi
Metroda cərimələrin tətbiqinə ehtiyac var?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 