"Əlbəttə ki, əsas döyüş qabiliyyətimizdir. Bütün digər amillər ki, mən qeyd etdim bunun məqsədi var, o da döyüş qabiliyyətini artırmaqdır. Bu istiqamətdə də lazımi addımlar atılır". ONN media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında çıxışı zamanl bildirib. Dövlər başçısı deyib: "Həm 2016-cı ilin, həm 2018-ci illərin hərbi əməliyyatları bunu göstərdi. Biz böyük ərazini işğalçılardan azad edə bilmişik. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir hissəsini 2016-cı ildə düşməndən azad etmişik və o torpaqlarda Azərbaycan bayrağını ucaltmışıq. Ermənilərin işğal edilmiş torpaqlarda qazdıqları səngərlərə girmişik. Biz indi orada otururuq və orada möhkəmlənmişik. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazini işğalçılardan azad etmişik və strateji yüksəkliklərə çıxmışıq. Ermənistandan Dağlıq Qarabağa gedən yol bizim gözümüzün qabağından keçir. Ona görə döyüş qabiliyyətinin artırılması istiqamətində əlavə addımlar atılmalıdır ki, biz hər an ərazi bütövlüyümüzü bərpa etmək üçün hazır olaq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və ediləcək, heç kimdə bu haqda şübhə olmasın. Sadəcə, daha güclü olmalıyıq. Geosiyasi vəziyyətə daim nəzarət etməliyik. Beynəlxalq müstəvidə dəyişən vəziyyəti düzgün təhlil etməliyik və beynəlxalq aləmdə daha çox dost toplamalıyıq. Biz bunu da edirik. Bu gün beynəlxalq aləmdə Azərbaycanla dostluq edən ölkələrin sayı gündən-günə artır".
Prezident Aprel döyüşlərindən, Günnüt əməliyyatından danışdı



Müdafiə Nazirliyi 100 illik ilə bağlı video-çarx hazırlayıb
Azərbaycan Prezidenti: Ordumuz üçün nə lazımdırsa, onu edirik və edəcəyik
Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək - Prezident
Hərbi-siyasi nizamlama yeganə mümkün yoldur - Ölkə başçısı
İlham Əliyev: Sübut etdik ki, döyüş meydanında da düşməndən üstünük
Prezident Talış əməliyyatının DETALLARINI AÇDI: Düşmən bizi burada gözləyirdi və biz də...
Aprel qələbəsi “məğlubedilməz erməni ordusu” mifini dağıtdı- TƏHLİL
İlham Əliyev "N" saylı hərbi hissənin açılışında
Bu torpaqlarda öz bayrağımızı sancmışıq və... - Prezident
Kəlbəcərin işğaldan azad olunmasından 2 il ötür
Ali Baş Komandan “N” saylı hərbi hissədə
İlham Əliyev işğaldan azad edilən yaşayış məntəqələrinin SAYINI AÇIQLADI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 