Azərbaycanda 2020/2021-cü tədris ili üçün ali məktəblərin magistraturalarına qəbul imtahanlarının yekun nəticələri açıqlanıb. ONN media xəbər verir ki, bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. İmtahan nəticələri yaxın vaxtlarda DİM-in saytına da yerləşdiriləcək. Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 11380 bakalavrdan 8324 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 3069 nəfəri dövlət sifarişi, 5255 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar. Onlardan 5229 nəfəri ali təhsil müəssisələrinin cari, 3095 nəfəri isə əvvəlki illərin məzunudur.
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanlar 2020-ci il iyulun 6-dan 15-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri qəbul olduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər. Boş qalan plan yerlərinə qəbulun vaxtı elan olunacaqdır.DİQQƏT: Nəticələr açıqlandı



DİQQƏT - Nəticələr açıqlandı
Magistr olmaq istəyənlərin DİQQƏTİNƏ
DİQQƏT- Nəticələr elan olundu
DİQQƏT- Nəticələr açıqlandı
Magistraturaya qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ
DİQQƏT- Qəbul imtahanının nəticələri açıqlandı
Boş qalan plan yerlərinə müsabiqənin nəticələri AÇIQLANDI
Diqqət- Nəticələr açıqlandı
DİQQƏT - Nəticələr açıqlandı
Magistratura imtahanının nəticələri açıqlandı
DİQQƏT- Nəticələr elan olundu
Nəticələr AÇIQLANDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 