Respublikamızda “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nin 8103 nömrəsinə gün ərzində heç bir səbəb olmadan dəfələrlə əsassız, o cümlədən başqasının şəxsiyyət vəsiqəsinin seriya nömrəsindən istifadə etməklə müraciət edən şəxslərin kimliyi müəyyən edilib. ONN media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Aparılan araşdırmalarla müəyyən olunub ki, bu üsuldan istifadə edərək karantin qaydalarını pozan ümumilikdə 88 nəfərin şəxsiyyəti müəyyən edilib. Həmin şəxslər polis idarə, şöbə və bölmələrinə dəvət olunaraq onlarla profilaktik söhbətlər aparılıb, izahatları alınaraq xəbərdarlıq ediliblər. Onların nəzərlərinə çatdırılıb ki, növbəti dəfə belə hallara yol verəcəkləri təqdirdə barələrində daha ciddi inzibati tədbirlər görüləcəkdir. Odur ki, vətəndaşlarımızı bir daha 8103 nömrəsindəm aidiyyatı üzrə istifadə etməyə çağırır, bu zaman sui-istifadə hallarına yol verməməyi tələb edirik. İcazələrin Alınması və Monitorinqi Sisteminə daxil olan bütün müraciətlər ciddi və hərtərəfli araşdırılır. Müxtəlif əsassız bəhanələrlə və ya başqasının şəxsiyyət vəsiqəsinin seriya nömrəsindən istifadə etməklə qanunsuz olaraq 8103 qısa nömrəsi vasitəsi ilə icazələr alaraq sanitariya-gigiyena və karantin rejiminin tələblərini pozan şəxslərin müəyyən edilməsi istiqamətində tərəfimizdən tədbirlər davam etdirilir.
8103 nömrəsinə əsassız müraciət edən şəxslərin kimliyi müəyyən edildi - DİN



Yasa getmək adı ilə əsassız icazə alan daha 50 nəfər cəzalandırıldı - DİN
Bunu edən 169 nəfər cərimələndi - DİN
8103-ə 90 dəfə SMS göndərən ata-bala cərimələndi
İcazələr nə vaxta qədər davam edəcək?
Bu nömrəyə yanlış mesaj göndərənlərin DİQQƏTİNƏ
SMS icazə xidməti ilə bağlı ən çox verilən sualların cavabları
8103 qısa nömrəsinə göndərilən SMS-lərin sayı AÇIQLANDI
8103 SMS icazə ilə bağlı DƏYİŞİKLİK EDİLDİ
Zibil atmaq üçün icazə alınmalıdır? - RƏSMİ AÇIQLAMA
Çayxanaya BASQIN - 15 nəfər saxlanıldı
"ASAN xidmət"dən xəbərdarlıq: 100 min icazə ləğv oluna bilər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 