Ötən sutka ərzində yaxın qohumunun yas mərasimində iştirak etmək adı ilə 8103 nömrəsinə həqiqətə uyğun olmayan müraciət edən daha 50 nəfərin şəxsiyyəti müəyyən edilib və onlar inzibati qaydada cəzalandırılıblar.
Bu barədə ONN media -ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.
"Xüsusi Karantin Qaydalarının Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi" olan 8103 qısa nömrəsinə yas mərasimində iştirak etmək adı ilə həqiqətə uyğun olmayan və ya yaxın qohumluq statusu daşımayanların yas mərasimlərində iştirak etmək bəhanəsi qanunsuz yerə icazələr alaraq epidemiya əleyhinə rejimin tələblərini pozan şəxslərin müəyyən edilməsi istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Ötən sutka ərazində paytaxt Bakı və Respublikanın ayrı-ayrı rayonlarında bu üsuldan istifadə edərək karantin qaydalarını pozan ümumilikdə 50 nəfərin şəxsiyyəti müəyyən edilib. Həmin şəxslər polis idarə, şöbə və bölmələrinə gətirilərək izahatları alınıb. Bu cür süi-istifadə hallarına yol verənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə müvafiq tədbirlər görülüb və hər biri 100 manat məbləğində cərimə ediliblər.
Vətəndaşlar bilməlidirlər ki, yaxın qohumlar dedikdə nənə-babalar, valideynlər, övladlığa götürənlər, doğma və ögey bacı qardaşlar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr nəzərdə tutulur.
Bir daha diqqətə çatdırırıq ki, 8103 nömrəsinə edilən bütün müraciətlər ciddi araşdırılır. Buna görə də vətəndaşlardan tələb olunur ki, bu xidmətdən süi-istifadə hallarına yol verməsinlər. Əks halda bu cür davranış karantin rejimi tələblərinin pozulması kimi qiymətləndiriləcək və həmin şəxs barəsində ciddi cəza tədbirləri görüləcək.



Bunu edən 169 nəfər cərimələndi - DİN
8103 nömrəsinə əsassız müraciət edən şəxslərin kimliyi müəyyən edildi - DİN
8103-ə 90 dəfə SMS göndərən ata-bala cərimələndi
Karantini pozan 9 nəfər həbs edilldi, 5 073 nəfər...
Son iki gündə karantini pozan neçə nəfər cərimələnib?
İcazələr nə vaxta qədər davam edəcək?
SMS icazə xidməti ilə bağlı ən çox verilən sualların cavabları
Bu nömrəyə yanlış mesaj göndərənlərin DİQQƏTİNƏ
Həyətində toya yüzdən artıq qonaq yığan şəxs cərimələndi
Bakının mərkəzində bərbər və müştəriləri cəzalandırıldı
İcaze.e-gov.az portalından qeydiyyatdan keçənlərin NƏZƏRİNƏ!
Cəlilabadda toy keçirənlər CƏZA ALDI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 