Yaxın qohumunun yas mərasimində iştirak etmək adı ilə 8103 nömrəsinə həqiqətə uyğun olmayan müraciət edən daha 169 nəfərin şəxsiyyəti müəyyən edilib və onlar inzibati qaydada cəzalandırılıblar. Bu barədə ONN media -ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd olunub ki, yas mərasimində iştirak etmək adı ilə həqiqətə uyğun olmayan və ya yaxın qohumluq statusu daşımayanların yas mərasimlərində iştirak etmək bəhanəsi ilə qanunsuz yerə 8103 qısa nömrəsi vasitəsi ilə icazələr alaraq epidemiya əleyhinə rejimin tələblərini pozan şəxslərin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Aprelin 18-20-i arasında paytaxt Bakı və respublikanın ayrı-ayrı rayonlarında bu üsuldan istifadə edərək karantin qaydalarını pozan ümumilikdə 169 nəfərin şəxsiyyəti müəyyən edilib. Həmin şəxslər polis idarə, şöbə və bölmələrinə gətirilərək izahatları alınıb. Bu cür süi-istifadə hallarına yol verənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə müvafiq tədbirlər görülüb və onların hər biri 100 manat məbləğində cərimə edilib. Nazirlik bir daha diqqətə çatdırıb ki, 8103 nömrəsinə edilən bütün müraciətlər ciddi və hərtərəfli araşdırılır. Vətəndaşlardan tələb olunub ki, 8103 xidmətindən süi-istifadə hallarına yol verməsinlər. Əks halda, bu davranış karantin rejimi tələblərinin pozulması kimi qeydə alınaraq həmin şəxs barəsində ciddi cəza tədbirləri görüləcək.
Bunu edən 169 nəfər cərimələndi - DİN



Yasa getmək adı ilə əsassız icazə alan daha 50 nəfər cəzalandırıldı - DİN
8103 nömrəsinə əsassız müraciət edən şəxslərin kimliyi müəyyən edildi - DİN
8103-ə 90 dəfə SMS göndərən ata-bala cərimələndi
Karantini pozan 9 nəfər həbs edilldi, 5 073 nəfər...
Həyətində toya yüzdən artıq qonaq yığan şəxs cərimələndi
Son iki gündə karantini pozan neçə nəfər cərimələnib?
Yasamalda polisə zibil atanlar HƏBS EDİLDİ
İt döyüşləri üzrə “ölkə çempionatı” təşkil edənlər SAXLANILDI
Cəlilabadda toy keçirənlər CƏZA ALDI
2 saatlıq icazə alıb rayonu tərk etmək istədi - TUTULDU
Karantini pozan qəzet redaktoru və direktor cərimələndi
SMS kodlarından sui-istifadə etməyin! - MÜHÜM XƏBƏRDARLIQ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 