Daxili İşlər Nazirliyi sabahdan Bakı küçələrində karantin postlarının yığışdırılması ilə bağlı əhaliyə xəbərdarlıq edib. Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, bu qərar karantin rejiminin yumşaldılması yox, daha da sərtləşdirilməsi deməkdir: "Vətəndaşlar elə baş düşməsinlər ki, sabahdan nəzarət zəifləyəcək. Əksinə, sabahdan bütün qapalı məkanlar, ictimai nəqliyyat, şəhərin hər küçəsində, məhəllələrdə və məhəlləarası yollarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları ilə birlikdə piyada naryadları daha da gücləndirilmiş rejimdə xidmət aparacaq. Vətəndaşların tibbi maskalardan istifadə etməsi və sosial məsafəni qorunmasına ciddi nəzarət olunacaq. Karantin rejiminin tətbiqinə nəzarət edən polis əməkdaşları qeyd edilən bütün yerlərdə sutkalıq fasiləsiz xidmət aparacaqlar. Nəqliyyat vasitələrini idarə edən şəxslərin icazəsinin olub-olmadığı isə müşahidə kameraları vasitəsilə müəyyən olunacaq. Artıq "SMS icazə" sistemi ilə inteqrasiya nəticəsində həmin sürücünün icazəsinin olub-olmadığı məlum olacaq. Əgər icazəsi yoxdursa, yaxud icazənin vaxtı bitirsə, həmin sürücü haqqında elektron protokol tərtib olunacaq. Paytaxtın küçə və prospektlərində quraşdırılmış postlarda xidmət aparan əməkdaşlar isə piyada naryadlarına cəlb olunacaq. Bununla da həmçinin, nəqliyyatın intensiv axını təmin olunacaq.
Vətəndaşlara müraciət edirik ki, evdən çıxarkən mütləq tibbi maskadan istifadə etsin, sosial məsafəni qorusunlar. Sabahdan etibarən yoxlamalar daha da gücləndirilmiş vəziyyətdə aparılacaq. Artıq cərimələrin məbləğinin də artırıldığını bir daha vətəndaşlarımızın diqqətinə çatdırıram". (qafqazinfo.az)"Bu, karantin rejiminin daha da sərtləşdirilməsi deməkdir" - DİN-dən XƏBƏRDARLIQ



DİN məlumat yaydı - Bu qurumların əməkdaşları...
Polis nəzarət-profilaktik tədbirləri davam etdirir
Sərt karantin rejimində ev heyvanlarını gəzdirməklə bağlı RƏSMİ AÇIQLAMA
Cəlilabadda toy keçirənlər CƏZA ALDI
Karantin rejimini pozan yüzə yaxın şəxs CƏZALANDIRILDI
Bu ərazilərdə karantin postları ləğv edildi
DİN metro sərnişinlərinə növbəti dəfə xəbərdarlıq etdi
Masallıda toy keçirildi - Polis basqın etdi
Evdən maskasız çıxanlar cərimələnəcək? — RƏSMİ AÇIQLAMA
Karantin yumşaldılması davam edir: Sabahdan...
3-cü dozanı vurmayan sürücülərlə bağlı XƏBƏRDARLIQ - Sabahdan...
Polis ictimai yerlərdə 7 koronavirus xəstəsi aşkarladı - CİNAYƏT İŞİ AÇILDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 