Sumqayıt şəhərində polislər tərəfindən vətəndaşlara sabahdan evdən maskasız çıxan hər kəsin cərimələnəcəyi deyilib.
ONN media xəbər verir ki, bu barədə şəhərin müxtəlif istiqamətlərində insanlara yaxınlaşan polis əməkdaşları məlumat verib.
Cərimə tətbiqi ilə bağlı məsələyə aydınlıq gətirmək üçün Nazirlər Kabinetinin mətbuat Xidmətinin Rəhbəri İbrahim Məmmədovla əlaqə saxladıq.
İ.Məmmədov redaksiyamıza açıqlamasında maska istifadə etmədən küçəyə çıxan şəxslərin cərimə edilməsi ilə bağlı onda heç bir məlumatın olmadığını bildirdi.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov isə bildirib ki, aidiyyəti orqanların əməkdaşları mövcud vəziyyətin ciddiliyi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib:
“Polis əməkdaşları tərəfindən aparılan profilaktik söhbətlər insanların sağlamlıqlarına daha ciddi yanaşması üçündür. Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarlara görə, maskasız küçəyə çıxmaq təhlükəlidir. Əgər karantin rejimi dövründə edilən xəbərdarlıqlara əhəmiyyət verilməzsə, o halda cərimə tətbiq oluna bilər”.
Xatırladaq ki, ölkədə koronavirus (COVİD-19) təhlükəsi ilə bağlı Nazirlər Kabineti tərəfindən tətbiq edilən xüsusi karantin rejim daha da gücləndirilib. Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirib. Məlumatda koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunub. (oxu.az)
Evdən maskasız çıxanlar cərimələnəcək? — RƏSMİ AÇIQLAMA



Əlcək və maskadan istifadə etməyən şəxslərdə cərimələnəcək? - RƏSMİ AÇIQLAMA
Maska taxmayan poliklinika işçiləri cərimələndi
Sərt karantin rejimində ev heyvanlarını gəzdirməklə bağlı RƏSMİ AÇIQLAMA
Xırdalan və Sumqayıtdan Bakıya giriş bağlanır? - RƏSMİ AÇIQLAMA
"Bu, karantin rejiminin daha da sərtləşdirilməsi deməkdir" - DİN-dən XƏBƏRDARLIQ
İki günlük qadağada zibil də atmaq olmaz - Rəsmi
Rayondan gələnlər 25 manata şəhərə buraxılır?- RƏSMİ AÇIQLAMA
Şəhərin mərkəzində quzu gəzdirmək olmaz - DİN
Azərbaycanda daha bir gizli toy - Polis BASQIN ETDİ
Azərbaycanda polis çayxanaya basqın etdi - 28 nəfər...
Bakıda polis qazini döyüb? - RƏSMİ AÇIQLAMA
Gecə cəbhədə baş verənlər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 