İspanların yerdəyişmə azadlığı qaytarılmasına baxmayaraq, adi həyat tərzinə qayıtmaq barədə danışmaq hələ tezdir. ONN media xəbər verir ki, Kralın Konqres tərəfindən qəbul edilmiş yeni fərmanı koronavirusun yayılmasına qarşı mübarizə şəraitində riayət edilməsi zəruri olan davranış qaydalarını tənzimləyir. Bu tədbirlər ölkədə virusun ikinci dalğasının qarşısını almağa yönəlib. Yaşı 6-dan yuxarı olan şəxslərin maska taxması əvvəlki kimi məcburidir. Təkcə ictimai nəqliyyatda deyil, sizinlə bir yerdə yaşamayan şəxs sizin şəxsi avtomobilinizdə getdiyi halda bu avtomobildə də maska taxmaq lazımdır. Bundan əlavə, küçələrdə, açıq məkanlarda və ya ümumi istifadəli hər hansı qapalı yerlərdə maska taxılması zəruridir. Qanunun bir mühüm bəndi 1,5 metrlik sosial məsafəyə riayət edilməsi barədədir. Mehmanxanalarda və restoranlarda, o cümlədən terraslarda insanlar (həm işçilər, həm də müştərilər) arasında məsafə bundan az olmamalıdır. Bu qaydaların pozulmasına görə cərimənin məbləği pozuntunun və onun doğura biləcəyi riskin dərəcəsindən asılı olacaq. Xatırladaq ki, koronavirus ilə əlaqədar elan edilmiş fövqəladə vəziyyətin müddəti iyunun 21-də başa çatıb. Ölkədə fövqəladə vəziyyət müddətində təhlükəsizlik qaydalarının pozulmasına görə 9000 nəfər saxlanılıb, 1,2 milyon cərimə yazılıb.
İspaniya: Adi həyat tərzinə qayıtmaq barədə danışmaq hələ tezdir



Avtomobillərdə maskadan istifadə... - Açıqlama
Yeraltı və yerüstü piyada keçidlərində maska məcburidir?
Buna görə cərimə tətbiq edilməlidir- Baş infeksionist
DİN maska ilə bağlı əhaliyə müraciət etdi
Maska taxmaq vacib olan yerlər – SİYAHI
DYP vətəndaşlara maska ilə bağlı müraciət etdi
Rayonlara gediş-gəliş yalnız bu halda BƏRPA EDİLƏ BİLƏR
ÜST-dən maska XƏBƏRDARLIĞI - Qaydalar dəyişdi
TƏBİB-dən açıq havada maska AÇIQLAMASI
Bu yerlərdə maska taxın, yoxsa CƏRİMƏLƏNƏCƏKSİNİZ - SİYAHI
Hansı yerlərdə maska taxılmalıdır? - SİYAHI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 