“Payız və qış aylarında soyuqla əlaqədar koronavirus infeksiyasının artma ehtimalı var. Çünki hava soyuduqca, insanlar açıq havada deyil, daha çox qapalı məkanlarda olurlar. Bu da təmas riskini artırır. Biz də bu riski gözləmək üçün birinci növbədə məsafəni qorumalı və maskadan istifadə etməliyik”. ONN media xəbər verir ki, bunu TƏBİB-in yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib. Onun sözlərinə görə, bütün qapalı məkanlarda qoyulan qaydalara riayət edilməlidir: “İnfeksiyanın artmasının qarşısını almaq üçün qapalı və insanların sıx olduğu məkanlarda, mütləq şəkildə maska taxılmalı, sosial məsafəyə riayət olunmalıdır. İstər ticarət obyektləri olsun, istər digər məkanlar olsun, burada müəyyən say üzərində insan girişi məhdudlaşdırılmalıdır. Belə yerlərə eyni anda çox insan daxil ola bilməz. Bura metro stansiyaları və digər nəqliyyat vasitələri, xüsusən də avtobuslar aiddir”. İşçi qrupun rəhbəri əlavə edib ki, payız-qış mövsümündə xəstəliklərin qarşısını almaq üçün qripə qarşı peyvənd vurulması tövsiyə olunur. V. Əliyev həmçinin bildirib ki, əgər əhali qoyulan qayda-qanunlara riayət etsə, rayonlara gediş-gəlişin bərpası problem yaratmayacaq: “Əgər əhali qayda-qanuna əməl edərsə, düşünmürəm ki, vəziyyət pisləşər. Məsafə gözləməklə, maska taxmaqla bu virusdan qorunmaq olar”.
Rayonlara gediş-gəliş yalnız bu halda BƏRPA EDİLƏ BİLƏR



Buna görə cərimə tətbiq edilməlidir- Baş infeksionist
İnfeksionist XƏBƏRDARLIQ ETDİ: İndi qripə yoluxmaq...
TƏBİB-dən karantin rejiminin yumşaldılması ilə bağlı AÇIQLAMA
DYP vətəndaşlara maska ilə bağlı müraciət etdi
Azərbaycanda açıq məkanlarda maskadan istifadə yenidən MƏCBURİ OLACAQ
Bu yerlərdə maska taxmaq MƏCBURİDİR - SİYAHI
DİN-dən əhaliyə daha bir xəbərdarlıq
Bu yerlərdə maska taxın, yoxsa CƏRİMƏLƏNƏCƏKSİNİZ - SİYAHI
Yoluxma halları daha çox burada olur – TƏBİB
DİN maska ilə bağlı əhaliyə müraciət etdi
"Gələn həftə rayonlara gediş-gəliş və beynəlxalq uçuşlar bərpa oluna bilər" — AÇIQLAMA
Maska taxmaq vacib olan yerlər – SİYAHI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 