Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Milli bayramınız - Respublika Günü münasibətilə Sizi Belarus xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, ölkənin regionda mühüm rolu və beynəlxalq arenada artmaqda olan nüfuzu Sizin həyata keçirdiyiniz sabit, öz mənafelərini uğurla müdafiə edən güclü dövlətin yaradılmasına yönəlmiş kursun səmərəliliyini şəksiz sübut edir. Əminəm ki, Minsk ilə Bakı arasında səmimi dostluğa və qarşılıqlı faydalı tərəfdaşlığa əsaslanan əməkdaşlıq yeni perspektivli layihələr və təşəbbüslərlə zənginləşərək möhkəmlənəcək və genişlənəcək. İcazə verin, mənim bu yaxınlarda baş tutmuş səfərim zamanı qonaqpərvər Azərbaycan torpağında səmimi qəbula və etimada əsaslanan dostcasına söhbətlərə görə Sizə bir daha təşəkkürümü bildirim. Hörmətli İlham Heydər oğlu, Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm".
Lukaşenko İlham Əliyevi təbrik etdi



Lukaşenko Prezident İlham Əliyevi təbrik etdi
Aleksandr Lukaşenko İlham Əliyevi təbrik edib
Lukaşenko İlham Əliyevə məktub göndərdi
Qazaxıstan Prezidenti İlham Əliyevi təbrik etdi
Dünya liderləri İlham Əliyevi təbrik edir
Dünya liderlərinin Prezidentə təbrikləri davam edir
Prezident Aleksandr Lukaşenkoya məktub göndərdi
Myanma və Sloveniya liderləri İlham Əliyevi təbrik etdilər
Lukaşenko İlham Əliyevə məktub göndərdi
Putin İlham Əliyevə məktub göndərdi
Litva prezidenti İlham Əliyevi təbrik etdi
İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 