İşsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən şəxslər aprel-may aylarında aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi proqramı icra olunub. Azərbaycan dövlətinin pandemiya dövründə öz vətəndaşlarına ardıcıl sosial dəstəyinin davamı olaraq Nazirlər Kabineti 23 iyun 2020-ci il tarixli daha bir qərar qəbul edib. Qərarda qeyd edilib ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə eyni məbləğdə ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək. Ödəmə həmin şəxslərin banklar tərəfindən təqdim edilmiş bank kartlarına köçürüləcək. Bəs, bu ödənişlər nə zaman həyata keçiriləcək? Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı bildirib ki, bu barədə yaxın günlərdə məlumat veriləcək: “Vətəndaş onlayn qeydiyyatdan keçən zaman hansı rayonu qeyd edibsə və o rayon sərt karantin rejiminin tətbiq olunduğu rayondursa, bu ödənişlər həmin vətəndaşlara şamil olunacaq. Onlar birdəfəlik ödəmə alacaqlar”. Onlayn qeydiyyatın aparıldığı zaman işləyən, amma bu müddət ərzində işini itirən insanların veriləcək birdəfəlik ödəmədən yararlanıb-yararlanmayacağı məsələsinə gəldikdə isə, Əsmər Nəcməddinqızı bildirib ki, hazırki ödəmələr üçün qeydiyyat aparılmır: “Bildiyiniz kimi ödəmələr üçün yenidən qeydiyyat yoxdur. Qeyd edilən həmin şəxslər digər aktiv məşğulluq tədbirlərindən yararlanmaq üçün müraciət edə bilərlər. İctimai iş, özünüməşğulluq proqramı və s”.(redaktor.az)
190 manat əhaliyə nə zaman ÖDƏNİLƏCƏK?



190 manat ödəmə bağlı rəsmi qərar verildi - Kimlər alacaq?
Əli Əsədov 190 manatla bağlı QƏRAR İMZALADI
190 manat birdəfəlik ödəmə ilə bağlı QƏRAR VERİLDİ
190 manat bu şəxslərə veriləcək
190 manat nə vaxt ödəniləcək? — AÇIQLAMA
190 manatı gözləyənlərə ŞAD XƏBƏR - VİDEO
190 manatla bağlı suala MÜHÜM AÇIQLAMA
ŞAD XƏBƏR: 190 manatın verilməsinə BAŞLANILDI
Əhaliyə 190 manatın verilməsi başa çatdı
16 bölgə üzrə 190 manatın ödənişi başa çatdı - 229 milyon xərcləndi
190 manatla bağlı əhaliyə vacib xəbərdarlıq
İşsizlər evdən çıxmadan bu üsulla qeydiyyata düşə bilər — RƏSMi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 