Paytaxtın Səbail rayonunda ictimai yerdə Covid-19 infeksiyasına yoluxmuş xəstə müəyyən olunaraq, yaşadığı ünvana yerləşdirilməklə, xəbərdarlıq edilib.
ONN media xəbər verir ki, Rəsul Rza küçəsində qeydiyyatda olan 1946-cı il təvəllüdlü İsrafil Musayevə Covid-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.
Səbail RPİ əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə İ.Musayev vətəndaşların intensiv hərəkət etdiyi mağazada aşkar olunub. Covid-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılıb, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə olduğu diqqətinə çatdırılıb, qonşuluqda yaşayan vətəndaşlara onunla təmasda olmaması üçün tövsiyələr verilib. Polis əməkdaşları tərəfindən həmin ünvan üzrə ərazidə dezinfeksiya işlərinin aparılması təmin olunub.
Qeyd olunan hərəkətlərdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması halları həyat və sağlamlıq üçün real təhlükə mənbəyidir. Bunu nəzərə alaraq, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.



Bakıda koronavirusa yoluxduğunu bilən şəxs mağazaya getdi və... - ŞOK VİDEO
Koronavirus xəstələrinə cinayət işi açıldı
Bakıda koronavirus xəstəsi parka çıxdı - POLİS YAXALADI
İmişlidə COVID-19 xəstəsi saxlanıldı
Azərbaycanda koronavirusa yoluxmuş 2 qadın tutuldu - SƏBƏB?
Korona olan tibb işçisi qaydaları pozarkən ƏLƏ KEÇDİ
Koronavirus xəstəsi bazar ərazisində yaxalandı
Oğuzda koronavirus xəstəsi tutuldu
Bakıda korona xəstəsi satıcılıq edirmiş: Özü ələ keçdi, mağazada olan 35 nəfər...
İctimai yerdə koronavirus xəstəsi aşkarlandı
Sabirabadda koronavirus xəstəsi saxlanıldı
Azərbaycanda koronavirusu yayan daha 3 nəfər tutuldu - CİNAYƏT İŞİ AÇILDI
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 