ONN media xəbər verir ki, “Maqnitiqorsk Metallurgiya Kombinatı” (MMK) PSC Türkiyəyə metal məhsullarının çatdırılması üçün yeni marşrut təşkil edib.
Şirkətin xəbərində deyildiyi kimi, MMK, Maqnitiqorsk – Bakı – Tbilisi – Qars dəmir yolu marşrutu ilə Türkiyəyə metal məhsullarının nümunə partiyasını çatdırıb.
“Hazırda Azərbaycan operatoru “ADY Express” ilə birlikdə, bu marşrut ilə ildə 250 min ton metal məhsullarının və ya “MMK Metalurji”nin isti yayma rulonunda tələbinin üçdə bir hissəsinin çatdrılması imkanı hazırlanır”, - deyə məlumatda qeyd edilir.
Məlumatda deyilir ki, ümumi çəkisi 120 ton olan 4 ədəd konteyner, “Maqnitiqorsk Metallurgiya Kombinatı”nın Türkiyədəki törəmə müəssisəsinə çatdırıldı. Metal məmulatı olan vaqonlar 17 gün ərzində 5 min km məsafədə qət edib. Xatırladaq ki, “MMK Metalurji”nin isti yayma rulonunun tədarükü Novorossiysk limanı vasitəsi ilə yalnız dəniz yolu ilə həyata keçirilmişdir: bu marşrutun uzunluğu 6 min km-dən çox, yolun müddəti isə 30 gündür.
Loqistik marşrutlarının diversifikasiyası, şirkət üçün Novorosiysk limanını akvatoriyasında əlverişsiz hava şəraitindən və nəqliyyat növünün dəyişməsindən sığortalanmaq deməkdir. Əlavə yükaşırma əməliyyatlarının azalması (qatar-gəmi-qatar) kombinatın istehsal etdiyi məhsulun zədələnməsini də azaldır. Eyni zamanda yeni marşrut yüklərin nəqliyyat müddətini azaltmaqla, şirkətə kapitalın dövriyyəsini də optimallaşdırmağa imkan yaradır. Və nəhayət Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edilməsi, Maqnitoqorsk Metallurgiya Kombinatına İskəndərunda yerləşən və özünə məxsus liman vasitəsi ilə Yaxış Şərq, Afrika və Avropaya məhsulunu nəql etməsinə əlverişli şərait yaradır.



BTQ ilə 21 minə yaxın konteyner daşınıb
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınacağı vaxt açıqlanıb
Qatar Çindən Türkiyəyə rekord müddətə çatdı
Naxçıvandan Qarsa dəmir yolu xətti çəkilə bilər
Yeni qəpiklər tədavülə buraxıldı
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsi bağlanıb - SƏBƏB
Cavid Qurbanov: "Biz Naxçıvandan yüklərin Qars üzərindən daşınmasını planlaşdırırıq"
Bakıya 10 vaqonluq müasir qatar gətirildi
Bakı-Tbilisi-Qars dəmir yolunda daha bir ilk
Bakı-Tbilisi-Qars dəmir yolu üzrə 2018-ci il üçün tariflər razılaşdırılır
Naxçıvana BTQ ilə ilk dəfə yük daşındı
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə Aralıq dənizinə çıxmaqda maraqlıdır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 