İmtahanlar sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan 41 şəhər və rayonda – Ağdaş, Göyçay, Qazax, Qobustan, Qusar, Ağstafa, Ağsu, Kürdəmir, Qəbələ, Şabran, Ağdam, Beyləqan, Gədəbəy, Hacıqabul, Lerik, Sabirabad, Salyan, Tovuz, Astara, Biləsuvar, Füzuli, İmişli, Neftçala, Şəmkir, Tərtər, Yardımlı, İsmayıllı, Qax, Ucar, Xızı, Zaqatala, Balakən, Oğuz, Quba, Şamaxı, Zərdab, Ağcabədi, Daşkəsən, Şirvan, Naftalan, Saatlıda keçiriləcək. Dövlət İmtahan Mərkəzindən (DİM) ONN media -ya verilən məlumata görə, imtahanda yalnız ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizələrini təsdiq etmiş (etdirmiş) abituriyentlər iştirak edə bilərlər. Qeyd edək ki, ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin 10, 11, 18 və ya 19 iyun tarixlərində yuxarıda qeyd olunan rayon və şəhərlərdə keçirilmiş buraxılış (qəbul) imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı Dövlət İmtahan Mərkəzinə müraciət edən cari ilin məzunları (9-cu və 11-ci sinif) da iyulun 10-da imtahan verəcəklər. Bundan əlavə, 10 iyulda imtahan keçirilən şəhər və rayonlarda ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, həmçinin qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan da (Azərbaycan və ya rus dili) keçiriləcəkdir. “İmtahana buraxılış vərəqəsi” sabah gün ərzində Mərkəzin saytında yerləşdiriləcək. Xatırladaq ki, həmişə olduğu kimi, əvvəlki illərin məzunları şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Cari ilin məzunları isə bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Digər şəhər və rayonlar üzrə keçiriləcək buraxılış (qəbul) imtahanlarının tarixləri barədə məlumat veriləcəkdir.
DİQQƏT: Bu tarixdə qəbul imtahanı keçiriləcək



Qəbul imtahanlarının vaxtı açıqlandı
Mart və apreldə keçiriləcək imtahanların tarixləri...
Əvvəlki illərin məzunları üçün imtahan nə vaxt keçiriləcək?
Növbəti buraxılış imtahanlarının vaxtı - Bu rayonlarda keçiriləcək
Buraxılış imtahanlarının vaxtı açıqlandı - SON DƏQİQƏ
Şagirdlərin NƏZƏRİNƏ!
Faktiki hava AÇIQLANDI
Buraxılış imtahanlarının keçirilmə tarixi açıqlanıb
Bu gün buraxılış imtahanı keçirilir
İmtahanların vaxtı AÇIQLANDI
Aprelin 28-də əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçiriləcək
Prezident bu nazirliklə bağlı sərəncam imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 