Ümumi təhsil müəssisələrinin tədrisi digər dildə aparılan bölmələri üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibədə uğur qazanmış uşaqların I sinfə qəbulu üçün məktəb seçiminə iyulun 8-i saat 11:00-dan start veriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ONN media -ya verilən məlumata görə, valideyn (qanuni nümayəndə) şəxsi kabinetə daxil olaraq qeydiyyatda olduğu ünvana uyğun təhsil müəssisəsinə sorğu yerləşdirə bilər. Müsahibənin nəticəsi məqbul hesab edilməyən uşaqların valideynləri isə Azərbaycan bölməsi üzrə müraciət edə bilərlər. Bakı şəhərində yerləşən bir sıra məktəblərində birinci sinfə onlayn qeydiyyat zamanı süni şagird sıxlığının qarşısını almaq məqsədi ilə ilk növbədə, valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşayan, valideyni (qanuni nümayəndəsi) həmin məktəbdə işləyən, bacısı və ya qardaşı həmin məktəbdə təhsil alan uşaqların üstünlük hüquqları təmin olunur. 2020-2021-ci tədris ili üçün I sinfə qəbul prosesində şagird yerləri tutulmuş və yaxud qəbulu üstünlük hüququ əsasında aparılan bir sıra məktəblərdə boş yerlər yarandığı halda, sorğu yerləşdirilməsi üçün valideynlər növbəyə yazıla bilərlər. Qeyd edək ki, ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Birinci sinfə elektron qeydiyyat sisteminin tətbiqi “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.Vaildeynlərin NƏZƏRİNƏ!



Gözlənilən gün gəldi- Sabahdan...
Birinci sinfə qeydiyyat BU TARİXDƏN başlanılır
Bu gündən birinci siniflərə şagird qəbulu BAŞLAYIR
I siniflərə şagird qəbulu ilə bağlı YENİLİK
Bakı Təhsil İdarəsi I sinfə qəbulla bağlı valideynlərə müraciət etdi
1-ci sinfə qəbul necə aparılacaq? - RƏSMİ AÇIQLAMA
I siniflərə qəbul: Bu məktəblərdə boş yer var!
Bu gündən birinci sinfə qeydiyyat başlanılır
Nazirlik şagirdlərin X sinfə qəbulu ilə bağlı məlumat yaydı
Təhsil Nazirliyi rəsmi məlumat yaydı
Birinci sinifə hazırlıq prosesi ilə bağlı məlumat
Bakı məktəblərinin I sinfə şagird qəbulunun II mərhələsi başlayıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 