Mayın 1-dən ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölməsi üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibədə uğur qazanmış uşaqların I sinfə qəbulu üçün məktəb seçiminə start verilir.
ONN media xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
İdarədən qeyd edilib ki, bunun üçün valideyn və ya qanuni nümayəndə şəxsi kabinetinə daxil olub məktəb və müəllim seçimini etdikdən sonra müvafiq sənədləri məktəbə təqdim edə bilər.
Qeyd edək ki, tədris digər dildə aparılan bölmə üzrə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibə valideyn və ya qanuni nümayəndələrin iştirakı ilə üç nəfər müəllimdən ibarət komissiya tərəfindən həyata keçirilib. Müsahibə komissiyaları paytaxtın 12 inzibati rayonu üzrə doqquz mərkəzdə fəaliyyət göstərib.
Tədris digər dildə aparılan bölmə üzrə I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibənin nəticəsindən narazı qalan vətəndaşların müraciətlərinin cavablandırılması üçün aprelin 15-dən Apellyasiya komissiyası fəaliyyət göstərir.
Müraciətləri qeydə alınmış vətəndaşlara cavab verilməsi üçün Apellyasiya komissiyasının fəaliyyəti mayın 1-dək davam edəcək.



Vaildeynlərin NƏZƏRİNƏ!
I siniflərə şagird qəbulu ilə bağlı YENİLİK
Birinci sinfə qeydiyyat BU TARİXDƏN başlanılır
Bakı Təhsil İdarəsi I sinfə qəbulla bağlı valideynlərə müraciət etdi
Birinci sinfə qəbul prosesi bərpa edildi
Bu gündən birinci siniflərə şagird qəbulu BAŞLAYIR
DİQQƏT- Bu valideynlərə çağırış edildi
Övladı birinci sinifə gedəcək valideynlərin NƏZƏRİNƏ
Birinci sinfə qəbulun vaxtı uzadıldı
Təhsil Nazirliyi rəsmi məlumat yaydı
Təhsil Nazirliyi bu siniflərlə bağlı məlumat yaydı
Təhsil Nazirliyi valideynlərə müraciət etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 