Azərbaycanın Milli Aviadaşıyıcısı martın 8-dən Bakı-Kiyev-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayacaqdır. “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətindən bildirilib ki, "Azərbaycan Hava Yolları" qeyd olunan marşrut üzrə həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günləri müntəzəm reyslər icra edəcəkdir. Uçuşlar "Borispol" hava limanına həyata keçiriləcəkdir. www.azal.az saytı vasitəsilə aviabiletləri əldə edə bilərsiniz, habelə mövcud cədvəllə tanış ola bilərsiniz. Bakı-Kiyev istiqaməti üzrə reysin sərnişinləri: - Ukrayna ərazisinə giriş hüququna malik olmalıdırlar. Pandemiya dövründə Ukraynaya giriş qaydaları aviaşirkətin saytında təqdim olunmuşdur. Bu keçiddən istifadə edin: https://www.azal.az/az/information/covid-ukraine - koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Azərbaycanda COVID-19 testindən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc olunmuşdur: https://www.azal.az/az/information/covid-clinics Kiyev-Bakı istiqaməti üzrə reysin sərnişinləri: - Azərbaycan ərazisinə giriş hüququnu yoxlamalıdırlar. Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin siyahısı ilə aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-azerbaijan; - koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Testin nəticəsində QR-kod da göstərilməlidir, həmin kod qeydiyyat masalarında yoxlanılacaq. Kiyevdə koronavirus infeksiyasına (COVID-19) dair testdən bu səhifədə qeyd olunan klinikaların birində keçə bilərsiniz. Tərəfdaş klinikalar şəbəkəsi genişləndikcə bu siyahı daha da artacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar. Hər iki istiqamət üzrə reslərin sərnişinləri testin nəticəsi uçuşdan əvvəl 48 saat ərzində etibarlı olub olmasından əmin olmalıdırlar. Eyni zamanda, pandemiya dövründə AZAL aviaşirkəti tərəfindən tətbiq edilən xüsusi daşıma qaydaları ilə tanış ola bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M
AZAL Bakıdan Kiyevə xüsusi reyslərin icrasına başlayır



AZAL Londona xüsusi reyslərin icrasına başlayır
Bakıdan bu şəhərə xüsusi reyslər AÇILIR
AZAL İtaliyaya uçuşları bərpa edir
"Buta Airways" aşağıbüdcəli aviaşirkəti Alanya şəhərinə reysləri bərpa edir
Dubay arzusunda olanlara ŞAD XƏBƏR
"Buta Airways" Tbilisiyə uçuşlar yerinə yetirməyə başlayır
Tiflisə getmək istəyənlərin NƏZƏRİNƏ
"Buta Airways" Bakı-İstanbul-Bakı marşrutu üzrə reyslərə bilet satışına başlayır
AZAL Naxçıvandan Gəncəyə uçuşlara başlayır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 