"Faitmont Baku" hoteli açıq hava hovuzunun fəaliyyətini dayandırıb. ONN media xəbər verir ki, bu barədə hotel məlumat yayıb. "COVID-19-un yayılmasına qarşı mübarizəni dəstəkləmək məqsədilə, Fairmont Bakı ərazisində yerləşən açıq hava hovuzunun fəaliyyətini dayandırır. Bütün təhlükəsizlik tədbirlərinə uyğun olaraq otel fəaliyyət göstərməyə və qonaqları qəbul etməyə davam edəcək. Fairmont Bakıda yüksək sanitariya standartlarına bütün sahələrdə riayət olunur və bura sağlamlıq və təhlükəsizlik tələbləri daxildir. COVID-19-un yayılmasına qarşı mübarizə tədbirləri kimi tətbiq olunan standartlar TƏBİB tərəfindən hazırlanmış tövsiyələrə tam uyğundur". "Bizim üçün əsas məsələ qonaqlarımızın sağlamlığı və rifahıdır. Buna görə də, biz, Azərbaycanda karantin məhdudiyyətləri aradan qaldırılana qədər, otelimizin açıq hava hovuzunun fəaliyyətini dayandırmaq qərarına gəldik. Biz, bu yaxınlarda oteldə qalarkən xoş olmayan vəziyyətlə üzləşən qonaqlarımızdan üzr istəyirik”, - deyə Fairmont Bakı Alov Qüllələri Baş meneceri Metyu Qreppo bildirib. Qeyd edək ki, sözügedən hotel sərtləşdirilmiş karantin rejiminə baxmayaraq, açıq hava hovuzunu müştəriləri üçün açıq etmişdi. Bu barədə xəbər yayıldıqdan sonra Bakı polisi "Fairmont Baku"da əməliyyat keçirmiş, otelin müştərilərini cərimələmişdi. Azərbaycan Prezidenti İlham Əliyev də ötən gün məsələ ilə bağlı danışaraq oteldə baş verənləri biabırçılıq adlandırmışdı.
“Faitmont Baku“ yalnız onlardan ÜZR İSTƏDİ



Yeni ili Bakıda hoteldə qeyd etmək istəyənlərin DİQQƏTİNƏ
TƏBİB-dən karantin rejiminin sərtləşdiriləcəyi ilə bağlı AÇIQLAMA
Bakıda 50 otel fəaliyyətini dayandırdı
Polis məşhur hoteldə əməliyyat keçirir - SON DƏQİQƏ
Azərbaycanda pandemiya xəstəxanaları fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA
Məscidlər nə vaxt açılır? - QMİ-dən açıqlama
“Sədərək” bağlandı, sahibkarlar yer pulundan azad olundu
Azərbaycanda açıq məkanlarda maskadan istifadə yenidən MƏCBURİ OLACAQ
Bakıda "dezinfeksiya həftəsi" elan edildi
Bakı metrosu 72 gün sonra sərnişinlərin xidmətində
Bakıda bank işçisi koronavirusa yoluxdu - Filial bağlandı
Bakının əsas yük terminalı fəaliyyətini dayandırıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 