Əməkdar artist Bəhram Bağırzadənin ümumi vəziyyətində son günlər müşahidə edilən müsbət dinamika saxlanılır.
Bunu ONN media-a Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev bildirib.
Həkimin sözlərinə görə, B.Bağırzadənin huşu aydın, fəaldır, əzələ zəifliyi qeyd edilsə də, artıq aktiv hərəkətlərə cəhd edir: "İkincili bakterial ağırlaşmalar və mədə-bağırsaq sistemində müşahidə edilən durğunluğa qarşı müvafiq tədbirlərin aparılması davam etdirilir".
Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq gecə konsilium keçirib və xəstənin ECMO cihazına qoşulmasına qərar vermişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi.
B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.



Bəhram Bağırzadənin SON DURUMU ilə bağlı AÇIQLAMA
Bəhram Bağırzadədən SON XƏBƏR
Bağırzadənin ağciyərinin reabilitasiyasına başlanıldı
Bəhramın səhhəti ilə bağlı son açıqlama
Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı AÇIQLAMA
Bəhram Bağırzadədən XƏBƏR VAR
Bəhram Bağırzadənin son durumu... - Açıqlama
Bəhram Bağırzadənin səhhəti ilə bağlı son xəbər - Bütün ailə üzvləri...
Bəhram Bağırzadənin vəziyyəti kritikdir - Süni nəfəs aparatına qoşuldu
Bəhram Bağırzadənin son vəziyyəti ilə bağlı - SON XƏBƏR
Bəhram Bağırzadə EKMO cihazından ayrıldı, vəziyyəti...
Bəhram Bağırzadədən ŞAD XƏBƏR: Evə buraxıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 