Mərkəzi Gömrük Xəstəxanası əməkdar artist Bəhram Bağırzadənin səhhəti ilə bağlı açıqlama verib. ONN media xəbər verir ki, xəstəxanadan REAL-TV-yə bildirilibki, B.Bağırzadə vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu aşkarlanıb. 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Dünya təcrübəsində ağciyər toxumasının 75%-i üzərində olan zədələnmələrində COVID-19 xəstələrinin yaşamaq şansının çox az olduğu bidirilir. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq saturasiyanın artırılmasına nail olunmayıb. Saturasiya günboyu aparılan müalicələr ilə yenə 50% ətrafında olduğuna görə saat 23:00 radələrində konsilium keçirilib və xəstənin EKMO cihazına qoşulmasına qərar verilib. Qeyd edək ki, EKMO- ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur. Bu gün gecə saat 02:00 radələrində Mərkəzi Gömrük Hospitalının reanimatoloqları və cərrahları tərəfindən xəstənin EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşib və saturasiya 95 faizə qədər yüksəlib. Lakin xəstənin vəziyyəti kritik ağır olaraq qalır. Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir.
Bəhram Bağırzadənin vəziyyəti kritikdir - Süni nəfəs aparatına qoşuldu



Bəhram Bağırzadədən XƏBƏR VAR
Bəhramın səhhəti ilə bağlı son açıqlama
Bağırzadənin ağciyərinin reabilitasiyasına başlanıldı
Bəhram Bağırzadənin SON DURUMU ilə bağlı AÇIQLAMA
Bəhram Bağırzadədən SON XƏBƏR
Bəhram Bağırzadənin səhhəti ilə bağlı son xəbər - Bütün ailə üzvləri...
Həkim Bəhram Bağırzadə ilə bağlı ŞAD XƏBƏR verdi
Bəhram Bağırzadə EKMO cihazından ayrıldı, vəziyyəti...
Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı AÇIQLAMA
Bəhram Bağırzadənin son vəziyyəti ilə bağlı - SON XƏBƏR
Bəhram Bağırzadənin son durumu... - Açıqlama
Bəhram Bağırzadənin son vəziyyəti ilə bağlı - AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 