Səhiyyə Nazirliyi tərəfindən yaradılan işçi qrupunun üzvü Sevda Məmmədova verdiyi onlayn müsahibəsi zamanı yeni fəaliyyətə başlamış 814 Çağrı Mərkəzinin fəaliyyəti haqqında ətraflı danışıb. Nazirlikdən bildirilib ki, işçi qrupunun üzvü cari ilin iyul ayından etibarən xidmət göstərən yeni Çağrı Mərkəzinin əsas məqsədləri haqqında məlumat verib. O bildirib ki, Bakı şəhəri üzrə fəaliyyət göstərən 814 Çağrı Mərkəzi COVID-19 virusuna yoluxma şübhəsi olan vətəndaşları dislokasiyaları üzrə məntəqələrə yönəldir, koronavirusla bağlı həkim məsləhətinə ehtiyacı olanlara yaşadıqları əraziyə aid olduğu tibb müəssisəsi barədə məlumat verir və vətəndaşların sahə həkimləri ilə əlaqələrini təmin edir. Bundan sonra Səhiyyə Nazirliyi tərəfindən yaradılan işçi qrupunun üzvü Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinə dəstək məqsədilə yaradılmış 814 Çağrı Mərkəzinin iş günlər və saatlarını açıqlayıb: həftənin 6 günü, bazar ertəsindən etibarən şənbə gününədək, səhər saat 8-dən axşam saat 8-dək. Müsahibə zamanı 814 Çağrı Mərkəzində 40 nəfər operatorun çalışması, iyul ayı ərzində bura daxil olan zənglərin sayı isə 11 000-dən artıq olması da qeyd olunub. Bundan sonra Sevda Məmmədova ağır simptomlu və hərarəti 38-dən yüksək olan xəstələrin 103 nömrəsi vasitəsilə Təcili və Təxirəsalınmaz Tibbi Yardıma müraciət etməli olduqlarını vurğuladı. “814 Çağrı Mərkəzi tərəfindən polinklinikalarla əlaqə saxlama yolları və evdə müalicə prosesi ilə bağlı şikayətlər qeydə alınır” – deyə, Sevda Məmmədova müsahibəsini davam etdirdi. Çağrı Mərkəzinə daxil olan müraciətlər arasında evdə müalicə olunan ağır xəstələrə tibbi xidmətin göstərilməsi ilə bağlı olur. Bu kimi hallarda vətəndaşlara bildirilir ki, ağır simptomlu, məsələn, 38 və daha yüksək dərəcəli hərarəti olan xəstələr mütləq xəstəxanaya yerləşdirilib, stasionar müalicə almalıdır, çünki onların vəziyyəti dəyişkəndir və hər an ağırlaşa bilər. Beləliklə, ağır simptomlu və yüksək qızdarmalı COVID-19 xəstələri 103 nömrəsi vasitəsilə Təcili və Təxirəsalınmaz Tibbi Yardıma müraciət etməlidir. Daxil olan bütün müraciət və şikayətlər Çağrı Mərkəzi tərəfindən qeydə alınır və işçi qrupuna yönləndirilir. Müraciət və şikayətin növündən asılı olaraq işçi qrupunun müvafiq üzvü həmin məsələnin həlli ilə məşgul olur. Sevda Məmmədova musahibəsinin sonunda xüsusi qeyd edib ki, yalnız sahə həkiminin tərəfindən test etmək zəruriyyəti təsdiq olunduqdan sonra səyyar tibbi xidmət COVID-19 şübhəsi olan vətəndaşın ünvanına test almaq məqsədilə göndərilir.
Azərbaycanda koronavirusla bağlı yeni çağrı mərkəzi fəaliyyətə başladı



Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi istifadəyə verildi
Yol qəzaları ilə bağlı yeni mərkəz yaradılacaq
Koronavirus xəstələri evdə necə müalicə olunacaq? - Səhiyyə Nazirliyi açıqladı
Sağalan COVID xəstələrinə arayış bu qaydada verilir - RƏSMİ
Komitəyə 16 mindən çox şəxs müraciət etdi
195-2 Çağrı Mərkəzinə 80 min müraciət olub
Bakıda yeni tibb mərkəzi fəaliyyətə başladı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən YENİLİK
MM 2 işçi qrupuna yeni rəhbərlər seçdi
Vahid Səhiyyə Çağrı Mərkəzi yaradılacaq
Koronavirusa yoluxmuş şəxslər evdə necə müalicə olunacaq? - RƏSMİ
Koronavirusa yoluxma ehtimalı olan şəxslərdən testlər evlərdə götürüləcək - RƏSMİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 