Ev şəraitində müalicə edilən COVID-19 xəstələrinin telefonla evdə olduğu müəyyən edilmədikdə həmin xəstənin evinə həkim briqadası göndəriləcək.
Bunu ONN media-a COVID-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə yardım etmək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov deyib.
Onun sözlərinə görə, evdə müalicə edilən və müşahidə altında olan xəstələr mobil və ev telefonu olmalıdır: “Ev telefonunun olması mütləq deyil. Amma mobil telefon vacibdir. Çünki pasiyent mobil telefonunda “e-Təbib” əlavəsini yükləməlidir”.
N.Seyidov qeyd edib ki, evdə müalicə olunan xəstələrlə bir necə saatdan bir mobil telefon vasitəsilə avtomatlaşdırılmış qaydada əlaqə saxlanılır:
“Bununla həm də həmin şəxsin evdə olmasına əminlik yaranır. Xəstənin evdə olub-olmadığı müəyyənləşdirilmədikdə pasiyentin evinə əraziyə baxan poliklinika tərəfindən müvafiq briqada göndəriləcək. Əgər pasiyent evdə olmazsa, ona birinci dəfə xəbərdarlıq ediləcək. Amma bu hal təkrar baş verərsə, həmin şəxs mütləq qaydada stasionar müəssisəsədə müalicə almaq üçün ambulans tərəfindən xəstəxanaya göndəriləcək. Vətəndaşlar məsuliyyətli olmalıdırlar. Əks halda, onlar etibarsız pasiyent sayılayaraq, stasionar şəraitdə müşahidə altında qalmalı olacaqlar”.
Pasiyentin evdə olub-olmadığının mobil telefonla necə yoxlanıldığına gəldikdə, N.Seyidov qeyd edib ki, bunun üçün xəstə ilə videogörüntünün yaradılması mütləq deyil:
“Burada əsas məsələ vətəndaşın özünün məsuliyyətindən asılıdır. Digər tərəfdən, hazırda onsuz da hamı küçəyə çıxmaq üçün 2 saatlıq icazə alır. COVID-19 xəstələrinə isə icazə verilmir. Həmin pasiyentlər küçəyə heç 2 saatlıq da çıxa bilməzlər”.



Koronavirus xəstələri evdə necə müalicə olunacaq? - Səhiyyə Nazirliyi açıqladı
Sağalan COVID xəstələrinə arayış bu qaydada verilir - RƏSMİ
Satışa çıxarılan COVID-19 müalicə paketi barədə RƏSMİ AÇIQLAMA
Evdə müalicə olunan koronavirus xəstələri qaydaları pozarsa... - Cinayət məsuliyyəti
Koronavirusdan sağalan insanlar yenidən yoluxa bilərlər - RƏSMİ
Koronavirusa yoluxmuş şəxslər evdə necə müalicə olunacaq? - RƏSMİ
Koronavirusa yoluxma ehtimalı olan şəxslərdən testlər evlərdə götürüləcək - RƏSMİ
Apteklərdə hərarətsalıcı dərman qıtlığı var? - RƏSMİ
Ambulator müalicə alan COVID-19 xəstələrinə necə nəzarət ediləcək? - TƏBİB
Azərbaycanda koronavirusla bağlı yeni çağrı mərkəzi fəaliyyətə başladı
TƏBİB-dən evdə müalicə olunanlara XƏBƏRDARLIQ
Evdə qalan xəstələrə dərmanın çatdırılması məsələsi... - Nazirlik rəsmisi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 