Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəfatından sonra onun komitədəki səlahiyyətlərini kimin icra edəcəyi müəyyənləşib.
ONN media xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa məlumat verib.
Onun sözlərinə görə, parlamentin nizamnaməsinə əsasən, komitə sədri olmadığı halda vəzifələrin icrası sədr müavininə ötürülür:
Deputat xatırladıb ki, Milli Məclisin Daxili Nizamnaməsi və Milli Məclisin komitələri haqqında qanuna görə, parlamentin müvafiq komitəsinin sədri olmadıqda onun səlahiyyətlərini komitə sədrinin müavini icra edir.
"Yəni komitə sədri seçilməyənə kimi komitə sədrinin müavini kimi iclaslara mən rəhbərlik edəcəyəm. Komitə sədri seçiləndən sonra proses əvvəlki qaydada davam edəcək", - F.Mustafa əlavə edib.
Qeyd edək ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib. O, ll Fəxri xiyabanda torpağa tapşırılıb.
Xatırladaq ki, Qənirə Ələsgər qızı Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. O, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub.



Parlamentin komitə sədrləri xidməti avtomobillərlə təmin edildi
Bu deputatlara maşın verilir - Siyahı
Deputatların maaşları artırıldı
4 partiya sədrinə vəzifə verildi
MM-in komitələrinə sədrlər seçildi - Sürpriz adlar
Deputatların maaşı artırılacaq? - Açıqlama
Deputatların maaşı ARTDI
Qənirə Paşayevaya yeni vəzifə verildi
Deputatların maaşları ilə bağlı RƏSMİ AÇIQLAMA
Paşayeva icra başçılarına çağırış etdi
Oqtay Əsədovun MM-də işi məlum oldu
Qənirə Paşayeva harada dəfn olunacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 