Cəbhə xəttində yaşanan son hadisələrlə əlaqədar olaraq “Azərişıq” ASC-də xüsusi qərargah yaradılıb. ONN media xəbər verir ki, bunu “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev bildirib. Onun sözlərinə görə, “Azərişıq” ASC rəhbərinin sərəncamı ilə xüsusi işçi qrupu yaradılıb və təmas xətti boyunca yerləşən yaşayış məntəqələrində növbətçilik əsasında əməkdaşlar gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir:
“Bütün cəbhəboyu rayonlarda xüsusi əhəmiyyətli binalar əlavə olaraq generatorlarla təmin edilib. Təmas xəttində yerləşən rayonlara ehtiyat transformatorlar, naqillər, dayaqlar, ehtiyat hissələri və böyük həcmdə əlavə mal-material göndərilib. Məqsəd ən çətin məqamlarda belə vətəndaşlarımızı fasiləsiz və dayanıqlı şəkildə elektrik enerjisi ilə təmin etməkdir. Sərhəd rayonlarına ezam olunan “Azərişıq” ASC-nin rəhbər heyəti vəziyyətə yerindəcə nəzarət edir və mütamadi olaraq əməkdaşları təlimatlandırır. Tovuzun Ağdam kəndinə erməni silahlı qüvvələri tərəfindən atılan mərmilər bəzi yerlərdə elektrik enerjisi xətlərinin zədələnməsinə səbəb olub. Və ərazidə olan “Azərişıq” ASC əməkdaşları operativ şəkildə elektrik xətlərini təmir edib. Hazırda kəndin elektrik enerjisi ilə təminatında heç bir problem yoxdur. “Azərişıq” ASC əməkdaşları ön cəbhədə düşmənə sarsıdıcı zərbələr endirən qəhrəman əsgərlərimizlə çiyin-çiyinə dayanmaqdan qürur duyur!”Düşmənin atəşə tutduğu kəndin elektrik xətləri bərpa edildi



İşığı kəsilən abonentlərin NƏZƏRİNƏ!
Bu rayonlarda elektrik xətləri sındı
“Azərenerji” gücləndirilmiş iş rejimində çalışacaq
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi
"Azərişıq" hazırlıq tədbirlərinə başladı
Nazirlik xəbərdarlıq yaydı, “Azərişıq” tapşırıq verdi
Elektrik xəttində qəza baş verib
Kəlbəcərdəki hərbi hissələrə elektrik verildi
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi
Azad olunan bu rayonlara işıq çəkildi - VİDEO
"Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi
"Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 