“Bəhram Bağırzadə son iki gündə süni tənəffüs aparatından tamamilə ayrılmış vəziyyətdədir. Bu gün üçün ümumi vəziyyəti qənaətbəxşdir”.
ONN media xəbər verir ki, bunu açıqlamasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov deyib. Onun sözlərinə görə, Bəhram Bağırzadə ağır və çətin günləri yavaş-yavaş da olsa, geridə qoyub: “Heç kəsin ümidi olmadığı halda, müalicə davam etdirildi. Müəyyən müddət ECMO cihazına qoşulu vəziyyətdə qaldı. İki gündür ki, süni tənəffüs aparatından da ayrılmış vəziyyətdə müalicəsinə davam edir. Bəhram Bağırzadə realibitasiya prosesini keçir. Tibbi nöqteyi-nəzərdən zəruri olan göstəricilər tamamilə stabilləşdikdən sonra qısa müddətdə normal palataya köçürülməsi gözlənilir. Analizlərin nəticələri əsasında deyə bilərəm ki, orqanizmin ümumi göstəriciləri norma çərçivəsindədir. O, artıq danışa bilir. Tam ayılandan sonra istədiyi kimi daha da rahat danışacaq. Lakin uzun müddət reanimasiyada, dərin koma vəziyyətində qaldığı üçün orqanizmin fiziki olaraq özünü bərpa etməsinə zaman tələb olunur. Ümid edirik ki, Bəhram Bağırzadə problemsiz şəkildə yaxın günlərdə sevdikləri ilə görüşə biləcək”. Xatırladaq ki, əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci ildə Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Əməkdar artist B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.Bəhram Bağırzadənin son vəziyyəti ilə bağlı - AÇIQLAMA



Bəhram Bağırzadənin son durumu... - Açıqlama
Bağırzadənin ağciyərinin reabilitasiyasına başlanıldı
Bəhram Bağırzadənin səhhəti ilə bağlı son xəbər - Bütün ailə üzvləri...
Bəhramın səhhəti ilə bağlı son açıqlama
Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı AÇIQLAMA
Bəhram Bağırzadə EKMO cihazından ayrıldı, vəziyyəti...
Bəhram Bağırzadədən ŞAD XƏBƏR: Evə buraxıldı
Bəhram Bağırzadənin SON DURUMU ilə bağlı AÇIQLAMA
Bəhram Bağırzadənin son vəziyyəti ilə bağlı - SON XƏBƏR
Həkim Bəhram Bağırzadə ilə bağlı ŞAD XƏBƏR verdi
Bəhram Bağırzadə koronavirusa YOLUXDU
SON DƏQİQƏ: Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı — AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 