“Dünənki aksiya, sonundakı bəzi təxribatçı hərəkətlər hesaba alınmazsa, ümumilikdə Azərbaycan xalqının öz dövləti, ordusu və prezidenti ilə həmrəylik nümayişi idi. Təəssüf ki, eynilə 90-cı illərin əvvəllərində olduğu kimi, yenə də müəyyən təxribatçı qüvvələr, qruplar birlik, həmrəylik nümayişimizə kölgə sala bildilər. O vaxt da Şuşa, Laçın, digər rayonlarımızın işğalı günlərində belə qüvvələr, qruplar Bakıda hər şeyi alt-üst edib, Azərbaycan xalqının fikrini cəbhədən yayındırmaq, şayiələr yaymaq, onun üzünəinamını qırmaqla məşğul idilər.” Bunları Milli Məclisin Təbii Ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov iyulun 14-ü gecə Bakıda baş verənlərə münasibət bildirərkən deyib. Deputat açıqlamasında xatırladıb ki, cəmiyyətdə təxribatçı qüvvələr, milli maraqları satanlar hələ də mövcud olsa da, Azərbaycan dövləti 90-cı illərin əvvəllərindəki dövlət deyil. “Əvvəla, o illərdən fərqli olaraq, güclü iqtidar, möhkəm siyasi iradə var. İkincisi, siyasi qüvvələr arasında həmrəylik var. Tasadüfi deyil ki, bu gün 43 siyasi partiya iqtidarla birlikdə həmrəylik bəyanatına imza atdı. Üçüncüsü, Azərbaycanda sabitliyin keşiyində möhkəm dayanan hüquq-mühafizə, xüsusi xidmət orqanlarımız var. Görünür hansısa dairələr Azərbaycan polisinin dünənki aksiyanın ümummilli məsələ - xalqımızın bir nömrəli problemi olan Qarabağ münaqişəsilə bağlı olduğunu, yüksək rütbəli zabitlərimizin şəhid edilməsinin yaratdığı ovqatı nəzərə alaraq təmkinli davranmasından ruhlanıb, aksiyanın başa çatmasına yaxın təxribat törətməyə cəhd etdilər. Mən əminliklə bildirirəm ki, şəhidlərimizin, qəhrəman generalımızın qisası artıqlamasilə alınır və alınmaqda davam edəcək. Eyni zamanda ona da şübhə etmirəm ki, hüquq-mühafizə orqanlarımız dünənki təxribatın təhrikçilərini də qanun qarşısında cavab verməyə məcbur edəcək”. “Hamı anlamalıdır ki, işğal altında olan torpaqlarımızın azad olunması milli birlikdən və həmrəylikdən keçir. Heç kimə bu birliyimizi pozmaq imkanı verilməyəcək”, - deputat fikrini yekunlaşdırıb.(AzPolitika)
“Bu, dövlət, ordu və prezidentlə həmrəylik nümayişi idi” – “Generalımızın qisası artıqlamasilə alınır”



Prezident seçkilərinin nəticəsi Azərbaycan xalqının zəfəridir - Deputat
Paşayevadan çağırış: Çörəyi pulsuz edin!
Sadiq Qurbanov Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik etdi
MM-in komitələrinə sədrlər seçildi - Sürpriz adlar
Bu deputatlara maşın verilir - Siyahı
Azərbaycan Ordusu 102 yaşını qeyd edir
Parlamentin komitə sədrləri xidməti avtomobillərlə təmin edildi
"Aprel döyüşlərində bütün erməni ordusu ilə Azərbaycan ordusunun 20 faizi vuruşdu"
Deputat Sadiq Qurbanov ETSN işçilərini təbrik edib
“44 günlük müharibə zamanı çox məsələlər aydınlaşdı” - Sadiq Qurbanov
Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir
Sadiq Qurbanov: “Nə yaxşı ki, Türkiyədə çevriliş cəhdi baş tutmadı”
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 