Ukraynanın Xarkov vilayətində fəaliyyət göstərən azərbaycanlı icması ölkəmizin işğaldan azad olunmuş ərazilərində ermənilərin törətdikləri ekoloji vandalizmə etiraz əlaməti olaraq beynəlxalq təşkilatlara müraciət edib. ONN media xəbər verir ki, “Dostluq” Ukrayna-Azərbaycan Cəmiyyətinin sədri Murad Ömərovun imzası ilə BMT, ATƏT və YUNESKO-nun Ukraynadakı nümayəndəliklərinə, eləcə də Rusiyanın Prezident Administrasiyasına, bu ölkənin Ukraynadakı səfirliyinə ünvanlanan müraciətlərdə Azərbaycan diasporunun Qarabağ ərazisində sülhün bərqərar olması naminə Azərbaycan, Türkiyə və Rusiya liderlərinin göstərdikləri səylər yüksək qiymətləndirir. Bununla belə, işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın tarixi, mədəni abidələrinə, məscidlərinə qarşı ermənilər tərəfindən vandalizm aktları törədilməsi, flora və faunanın qəsdən və planlı şəkildə məhv edilməsi xatırladılıb, Şuşa şəhərinin ətrafındakı Topxana meşəsini ermənilərin qadağan edilmiş ağ fosfor bombasının tətbiqi ilə yandırdığı, işğal edilmiş ərazilərdə qeyri-qanuni arxeoloji qazıntılar apardığı, aşkarlanmış artefaktların beynəlxalq hüquqa zidd olaraq Azərbaycan ərazisindən çıxarmağa cəhd etdiyi nəzərə çatdırılıb. Baş verənləri ciddi ekoloji cinayətlər adlandıran soydaşlarımız beynəlxalq təşkilatları və Rusiya hökumətini Ermənistanın insanlıq əleyhinə yönəlmiş barbar addımlarının qarşısını almağa çağırıb.
Soydaşlarımızdan Rusiyaya ÇAĞIRIŞ



Rusiyadakı soydaşlarımız BMT və ATƏT-ə müraciət etdi
“Əl-Cəzirə” Füzulidən süjet yayımladı
Kəlbəcərdə radio və televiziyaların yayımı bərpa edildi
XİN-dən Ermənistana sərt xəbərdarlıq
Anar Kərimov İraqın rabitə naziri ilə görüşdü
Nazirlikdən Qubadlıdakı məscidlə bağlı BƏYANAT
Azyaşlı azərbaycanlı bloqer Ermənistanın faşist siyasətinə ETİRAZ ETDİ
DTX-nin işğaldan azad edilmiş ərazilərdə idarə və şöbələri fəaliyyətə başlayır
“Cığır” tarixi romanının dövlət mükafatına layiq görülməsi üçün namizədliyi irəli sürülüb
Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM
Jurnalistlər Xocavəndin Edilli və Düdükçü kəndlərində
Prezident: Onlar Ermənistanın törətdiyi vəhşiliyin şahidi olublar
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 