Sankt-Peterburqdakı azərbaycanlı gənclər Rusiyanın “Şərq Muzeyi”nin rəhbərliyinə kəskin etirazlarını bildiriblər.
ONN media bildirir ki, bu barədə konkret.az-a Diasporla iş üzrə Dövlət Komitəsindən məlumat verilib.
“Sankt-Peterburq Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının nəzdindəki Azərbaycan Gəncləri Birliyi Rusiyanın “Şərq Muzeyi”də sərgilənən təxribatçı ekspozisiyaya kəskin etirazını bildirib.
Azərbaycan Gəncləri Birliyinin sədri E.Manafovun imzası ilə “Şərq Muzeyi”nin direktoru Aleksandr Sedova ünvanlanan məktubda deyilir:
“Çox təəssüf ki, rəhbərlik etdiyiniz nüfuzlu qurumdakı ekspozisiyaların arasında nümayiş olunan “Qafqazın Dekorativ və Tətbiqi Sənəti” guşəsində Azərbaycan torpaqları, yəni Dağlıq Qarabağ xəritədə ayrı bir dövlət olaraq təqdim olunub. Bu, beynəlxalq hüquq normalarına tamamilə ziddir. Dağlıq Qarabağ hər zaman Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olub. Bunu bütün dünya ölkələri, xüsusi ilə də Rusiya Federasiyası tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması faktı sübut edir”.
Qeyd edilib ki, muzeyin ziyarətçilərinə təqdim olunan informasiya həqiqətə uyğun deyil:
“Bütün bunlar Rusiya və Azərbaycan xalqlarının mənafeyinə və Rusiya–Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsinə xələl gətirə bilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında yaranmış şəxsi münasibətlər xalqlarımızın dostluğunun sarsılmazlığının təminatıdır”.
Gənc soydaşlarımız muzey rəhbərliyini məlumatları ciddi və etibarlı şəkildə araşdırmağa çağırıblar.



“Qarabağ Zəfəri”nin qalibləri Ərdoğanla görüşdü
Rusiyadakı soydaşlarımız BMT və ATƏT-ə müraciət etdi
Azərbaycanlı məktəbli beynəlxalq festivalda birinci yeri tutdu
Azərbaycan nümayəndə heyəti Sankt-Peterburqda
Azərbaycan-Sankt-Peterburq parlamentlərarası əlaqələrinin inkişafı məsələləri barədə fikir mübadiləsi aparılıb
Bu üç qrum AMEA-dan alındı
Alimlərimiz Sankt-Peterburqda keçirilən beynəlxalq forumda iştirak ediblər
Azərbaycan diasporu Türkiyəyə yardım göndərdi
Hava bu tarixdən kəskin dəyişir
Bakının razılığı olmadan İrəvan bunu edərsə... - Brayza
Dövlət Komitəsindən dünya azərbaycanlılarına müraciət
Niderland qəzeti Azərbaycana qarşı təxribata yol verib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 