Ötən gün sosial şəbəkələrdəki bəzi səhifələrdə 2 saylı Bakı DOST Mərkəzinin eksteryer dizaynında guya Ermənistan bayrağını xatırladan rəng çalarlarından istifadə olunması barədə məlumatlar paylaşılıb.
Qurumun sözçüsü Şahin Əliyev məsələyə aydınlıq gətirib. O deyib ki, paylaşılan şəkildə binanın üzərindəki rənglər təhrif edilib:
“Niyə bunu ediblər? Və niyə məhz indi, həmin mərkəzin açılışından 7 ay sonra? Belə ucuz “sensasiya” yaratmaqda məqsəd nədir?
Bunun səbəbini dəqiq deyə bilmərik. Sadəcə bir faktı qeyd edək ki, məlumatı ilk paylaşan səhifə xaricdən idarə olunur.
Binanın üzərindəki rənglərə gəldikdə isə biz hələ DOST Agentliyinin inzibati binası və ilk DOST Mərkəzinin açılışı vaxtı ictimaiyyətə məlumat vermişdik ki, burada qədim Azərbaycan kilimlərinin rəng çalarlarından istifadə edilib. Əgər hər hansı bir qondarma bayraqda bu rənglərdən istifadə edilibsə, bu o demək deyil ki, biz onlardan imtina etməliyik. Bu bizim tariximiz, mədəniyyətimizin rəngidir. Bu, yaşı minilliklərlə ölçülən qədim mədəniyyətimizin vacib tərkib hissəsi – Azərbaycan kilimlərinin rəngləridir. Azərbaycan xalqı bu rənglərdən istifadə edəndə, bu rəng çalarları Azərbaycan mədəniyyətinin, məişətinin bir hissəsi olanda Ermənistan heç mövcud deyildi. Düşünürük ki, biz düşmənin və ona xidmət edən ünsürlərin səviyyəsinə enib onlarla yalan və qarayaxma müstəvisində mübarizə aparmamalıyıq. Biz yalnız həqiqəti deyərək, bu cür cılızlıqların fövqündə olmalıyıq. Çünki, qat-qat daha qədim, daha böyüyük !"




Ruslan Mirzəliyevə vəzifə verildi
Bu bölgələrdə də DOST Mərkəzləri açılacaq
Bu ildən etibarən bu şəhərlərdə “DOST” mərkəzləri açılacaq
ŞAD XƏBƏR: Bu ay pensiyalar artırılacaq
İlham Əliyev Abşeronda DOST Mərkəzinin açılışında
Prezident 2 saylı DOST mərkəzinin açılışında
Prezident və xanımı açılışda
Şuşada DOST mərkəzi yaradılacaq
DOST mərkəzlərinin fəaliyyəti bərpa olunur
Şəxsiyyət vəsiqənizin FİN nömrəsini istəsələr… – TƏHLÜKƏ
İlham Əliyev açılışda
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 