ABŞ bu günlərdə Rusiyanın şimalda, Arktika istiqamətində yerləşən üç iri hərbi bazasının “məhv edilməsinə” dair unikal əməliyyat keçirib.
ONN media xəbər verir ki, Avropada mənzillənmiş Amerika B-52 strateji bombardmançıları Murmanskda Rusiya atom sualtı qayıqlarının yerləşdiyi “Haciyevo”, “Vidyayevo” və “Polyarnı” hərbi bazalarının məhv edilməsi əməliyyatını məşq etmək üçün unikal manevrlər edib. Bombardmançılar Böyük Britaniyadakı Farford aviabazasından havaya qalxıb, Barents dənizi üzərindən uçaraq şimal qütbü üzərində manevrlər edib. Bombardmançılar Norveç Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları və ABŞ-ın P-8 kəşfiyyat təyyarəsinin müşayiəti ilə uçub. Təyyarələr Rusiyanın nüvə raketlərinin sınaqlarının keçirildiyi Novaya Zemlya arxipelaqının 65 kilometrliyindən və Kola yarımadasının yaxınlığından keçib.
Bundan əvvəl “avia.pro” resursu üç ABŞ B-52 strateji bombardmançısının Rusiya hava sərhədlərinin bilavasitə yaxınlığından uçduğu haqda məlumat yaymışdı. Maraqlıdır ki, Rusiya Müdafiə Nazirliyi bu barədə rəsmi şərh verməyib. Habelə Rusiya Hava-Kosmik Qüvvələrinin əvvəllər olduğu kimi, ölkənin hava hüdudlarına yaxınlaşan ABŞ bombardmançılarını “qovması” faktı qeydə alınmayıb.
Bu baxımdan ABŞ bombardmançılarının nəzərəçarpmadan Rusiyanın strateji hərbi bazalarına yaxınlaşdığı iddia edilə bilər. Hərçənd mütəxəssislər bunu ağlabatan saymır, çünki B-52 nəhəng təyyarədir və o, Rusiya Hava Hücumundan Müdafiə sistemləri tərəfindən 500-600 kilometr məsafədən qeydə alına bilərdi. Bununla belə Rusiyadan müvafiq rəsmi reaksiyaların olmaması bir sıra suallar doğurur



Qırıcı və bombardmançılar YENİDƏN QARŞI-QARŞIYA: Qara dənizdə nəfəskəsən anlar yaşandı
ABŞ kəşfiyyat təyyarələri Rusiya sərhədində...
Kiyevdə Rusiyanın iki qırıcısı VURULDU
Nazirlik: “Gürcüstanın hava məkanı Rusiya hərbi təyyarələri üçün bağlıdır”
ABŞ təyyarələri Rusiya sərhədinə yaxınlaşdı
Qara dəniz üzərində TƏHLÜKƏLİ ANLAR: Ukrayna və ABŞ təyyarələrini havaya qaldırdı
Havada təhlükəli yaxınlaşma: iki ölkə gərginlik içində
Rusiya sərhəddində gərginlik- HAVAYA QALDIRILDI
Türk F-16-ları İrəvana zərbəni məşq edir? – Ermənilər şokda
Rusiya qırıcıları Fransa təyyarələrini izlədi
Rusiya Azərbaycanla sərhədə əlavə ordu yığır
Rusiya ilə ABŞ arasında GƏRGİNLİK
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 