Azərbaycan Milli Məclisinin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov vəfat edib. ONN media xəbər verir ki, F. Heydərov ötən gecə 82 yaşında dünyasını dəyişib. O, bir müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi. Qeyd edək ki, Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonunun Çeşməbasar kəndində anadan olub. Əmək fəaliyyətinə 1955-ci ildə Babək rayonu Güznüt kənd klubunun müdiri kimi başlayıb. 1958-ci ildən Çeşməbasar səkizillik məktəbinin müəllimi, 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləmiş, 1970-1990 –cı illərdə Naxçıvan şəhər və Ordubad rayon XDS-in deputatı seçilib. 1976-1978-ci illərdə Naxçıvan MSSR Əhaliyə Məişət Xidməti naziri işləyib. 1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri olub. 1990-1995–ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı, eləcə də Azərbaycan Respublikası I (1995-ci il), II (2000-ci il), III (2005-ci il) IV (2010-cu il) çağırış Milli Məclisinin deputatı olub. 1 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikası V çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini kimi çalışıb. Azərbaycan Ağsaqqallar Şurasının sədri olub. Allah rəhmət eləsin!
Fəttah Heydərov vəfat etdi



Prezident və Birinci vitse-prezident nekroloq imzaladılar
Maksim Musayev VƏFAT ETDİ
Abbas Abbasov da saxlanıldı
Fəttah Heydərovun dəfn ediləcəyi yer AÇIQLANDI
SON DƏQİQƏ: Ayaz Mütəllibov vəfat etdi
11 mart Səid Qurbanovun vəfat etdiyi gündür
İşdən çıxarılan oliqarx-məmur Əhməd Əhmədzadə kimdir? – DOSYE
Bakıda şöbə müdiri onkoloji xəstəlikdən vəfat etdi
Talıbovdan daha bir TƏYİNAT
Prezidentin vəzifədən uzaqlaşdırdığı icra başçısı kimdir?- Dosye
Xalq artisti Vaqif Əsədov vəfat etdi
28 iyun Vaqif Məmmədovun doğulduğu gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 