Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun DTX tərəfindən saxlanıldıqdan və məhkəmədə ona həbs qərarı verildikdən sonra daha bir nəfər də ələ keçirilib. Bu şəxs Azərbaycan Respublikası Baş nazirinin sabiq birinci müavini Abbas Abbasovdur. Abbas Abbasov 1949-cu il avqustun 4-də Gəncə şəhərində anadan olub. 1973-cü ildən Abşeron rayonunun quşçuluq sənayesi sahəsində baytar həkim, sex rəisi, 1979-1982-ci illərdə Bakı Broyler Fabrikinin direktoru, 1982-ci ildən Özbəkistan Respublikasının quşçuluq təsərrüfatlarında direktor müavini, 1983-1989-cu illərdə Özbəkistan SSR Dövlət Quşçuluq Sənayesi Komitəsi sədrinin müavini, 1989-cu ildən Abşeron Quşçuluq Aqrar-İstehsalat firmasının baş direktoru, 1990-1991-ci illərdə Abşeron Rayon Partiya Komitəsinin birinci katibi, rayon XDS İcraiyyə Komitəsinin sədri, Azərbaycanın Dövlət müşaviri, vəzifələrində işləyib. 1992-ci ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu dövr ərzində bir neçə dövlət komissiyasının sədri olub. 2006-cı ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib. Hazırda “AST Şirkətlər Qrupu” nun vitse-prezidenti və Müstəqil Dövlətlər Biriliyi (MDB) Dinlərarası Şurasının Qəyyumlar Komitəsinin həmsədridir. 1990-1995-ci ildən Azərbaycan Respublikasının xalq deputatı olub.(xəbərlenti)
Abbas Abbasov da saxlanıldı



Maksim Musayev VƏFAT ETDİ
Prezident Ayaz Mütəllibovun dəfni ilə bağlı nekroloq imzalayıb
İlham Əliyev YAP-a cari rəhbərliyi bu şəxsə həvalə etdi
İşdən çıxarılan oliqarx-məmur Əhməd Əhmədzadə kimdir? – DOSYE
Fəttah Heydərov vəfat etdi
Prezidentin vəzifədən uzaqlaşdırdığı icra başçısı kimdir?- Dosye
Bakı Şəhərinin yeni icra başçısı kimdir? - DOSYE
Milli Məclisin yeni sədr müavini İbrahimli... - Daha bir ilk
Prezident bu nazirə daha bir vəzifə verdi
Tahir Budaqov kimdir? – DOSYE
Səhiyyə nazirinin müavini vəfat etdi
SON DƏQİQƏ: Ayaz Mütəllibov vəfat etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 