Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Sosial Xidmətlər Agentliyi yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası sahəsində də tədbirlər həyata keçirəcək. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən ONN media -ya verilən məlumata görə, qurum xüsusilə də yetkinlik yaşına çatmayanların tərbiyəsi, saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən, onların davranışına mənfi təsir göstərən, yaxud onlarla qəddar rəftar edən valideynlər və ya digər qanuni nümayəndələr barəsində fərdi profilaktik işlər aparacaq. Bu məqsədlə agentliyin Nizamnaməsində onun üçün konkret istiqamətlər üzrə hüquq və vəzifələr müəyyən edilib. Publik hüquqi şəxs olan agentlik sosial xidmətə ehtiyacı olan şəxslərə, ailələrə “Sosial xidmət haqqında” Qanunla müəyyən olunmuş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərir.
Nazirlik bu uşaqların valideynləri ilə iş aparacaq



Daxili İşlər Nazirliyinin vəzifələri artırılıb
Soyuq havada qalan kimsəsizlər haraya sığınsınlar?
Prezident bu nazirliyin bir neçə qurumunu LƏĞV ETDİ - FƏRMAN
Deputat seçilən 5 məmur işdən ÇIXARILDI
Baş nazir bu qərara dəyişiklik etdi
Milli Observatoriyanın fəaliyyət - İstiqamətləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinatlar olub
DSMF-dən əhaliyə vacib müraciət
Azərbaycanda ilk “E-sosial” internet portalı
İyun ayı üzrə ünvanlı sosial yardımlar ödənildi
Nazirlik: Sosial xidmət mərkəzlərinin sayı artırılacaq
Bu nazirliyin bir neçə şöbə və mərkəzi ləğv olundu
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 