Parlament “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunu ikinci oxunuşda müzakirə edir. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda kifayət qədər aydın izahı verildi. Qeyd edək ki, büdcə gəlirlərinin 10 milyon manat azaldılması, xərclərin isə 5 milyon manat azalması nəzərdə tutulur”. ONN media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. Komitə sədri bildirib ki, azalmaların heç biri sosial ödənişlərə şamil olunmayıb: “Azalmanın əsas səbəbi isə vergi güzəştləri ilə əlaqədar vergi daxilolmalarının həcminin azalmasıdır. Birinci oxunuşda müzakirə zamanı əsas qabardılan məsələ təhsil haqlarının yarıbayarı azaldılması idi. Tələbələrin təhsil haqqının ödənilməsi 2019-2020-ci il təhsil ili üçün dövlət büdcəsi tərəfindən qarşılanacaq. Bizdə olan məlumata əsasən, buna görə 40 milyon manat vəsait ayrılıb”. Müdafiə, təhlükəsizlik və sahibkarlıqla bağlı büdcədə nəzərdə tutulan vəsaitlərin artırılması ilə bağlı birinci oxunuşda səslənən təkliflərə münasibət bildirən Tahir Mirkişili qeyd edib ki, müdafiə xərcləri ilə bağlı isə Prezidentin bu sahəyə ayırdığı maliyyə kifayət qədər yetərlidir: “Sahibkarlığa dəstək üçün əlavə 40 milyon manat nəzərdə tutulub. Bu, sahibkarlara dövlət dəstəyinin davam etdirilməsi deməkdir. İndiyə qədər 105 mindən çox sahibkara maliyyə dəstəyi verilib. İnvestisiya xərcləri isə azaldılmayıb, olduğu kimi saxlanılıb”.
Bu şəxslərə ŞAD XƏBƏR: 40 milyon manat ayrıldı



Gələn ilin büdcəsi II oxunuşda qəbul edildi
2024-cü ilin dövlət büdcəsi təsdiq edildi
Dövlət büdcəsi son oxunuşda qəbul edildi
2022-ci ilin dövlət büdcəsinə dəyişiklik təsdiqləndi
Parlament DSMF-nin gələn il üzrə büdcəsini qəbul etdi
Maaş artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazir
Azərbaycan ötən il müdafiəyə nə qədər xərcləyib?
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
Milli Məclis dövlət büdcəsinin icrasını müzakirə edir
Qanun layihəsinə dəyişiklik I oxunuşda qəbul edildi
Milli Məclisin komitə iclası keçiriləcək
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 